İqtisadi 25.04.2019 17:43

Çernobıl əlillərinə maddi yardım ayrıldı

Çernobıl AES-də baş vermiş qəzanın ildönümü ilə bağlı həmin qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar əlilliyi olan 500 nəfərə birdəfəlik maddi yardım ayrılıb.

Rakus.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən  verilən məlumata görə, Azərbaycanda həssas qrupların, o cümlədən əlilliyi olan şəxslərin rifah halının yaxşılaşdırılması sahəsində həyata keçirilən mühüm tədbirlər 1986-cı ilin 26 aprelində Ukraynada Çernobıl Atom Elektrik Stansiyasında baş verən dəhşətli qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar əlilliyi olan vətəndaşları da əhatə edir.

Hələ ötən əsrin 90-cı illərində ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə bu sahədə dövlət siyasətinin əsasları müəyyən olunub. 1993-cü ildə “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramı ötən dövrdə digər əlilliyi olan şəxslər kimi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin də gücləndirilməsinə imkan verib.

Qanunvericiliyə əsasən, əlilliklərinin səbəblərinə görə həmin şəxslər “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” əlilliyi olanlar və “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” əlilliyi olanlar kimi iki kateqoriya üzrə müəyyən ediliblər.

“Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” əlilliyi olan vətəndaşlar ölkəmizdə müharibə ilə əlaqədar əlilliyi olan vətəndaşlara bərabər tutulurlar. Onlar əlilliyə görə aylıq sosial müavinət və ya əmək pensiyası ilə yanaşı, Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin olunurlar. Dövlət başçısının 15 aprel 2019-cu il tarixli Fərmanları ilə ölkəmizdə təqaüdlərin və sosial müavinətlərin məbləği cari il aprelin 1-dən orta hesabla 100 faiz artırılıb. “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” əlilliyi olanlar üçün də Prezidentin aylıq təqaüdü I dərəcə əlilliyi olanlar üçün 250 manata, II dərəcə əlilliyi olanlar üçün 230 manata, III dərəcə əlilliyi olanlar üçün 210 manata çatdırılıb.

Həmçinin, ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla və “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi olanlar”dan I dərəcə əlilliyi olanlar üçün Prezidentin aylıq təqaüdü 100 manat müəyyən edilib və həmin təqaüdün aylıq sosial müavinət alanlarla birgə, əmək pensiyası alanlara da verilməsi nəzərdə tutulub.

Aylıq sosial müavinətin məbləği isə I dərəcə əlilliyi olanlar üçün 150 manata, II dərəcə əlilliyi olanlar üçün 130 manata, III dərəcə əlilliyi olanlar üçün 110 manata çatdırılıb. Eləcə də I dərəcə əlilliyi olanlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü kimi aylıq 50 manat təqaüd təsis edilib.

“Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslərin uşaqlarına aylıq sosial müavinət də verilir. Bundan əlavə, həm “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar”, həm də “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” əlilliyi olanların müalicəsi məqsədilə hər il onlara birdəfəlik müavinət ödənilir.

Ötən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” əlilliyi olan vətəndaşlardan 200 nəfərə mənzil, 160 nəfərə minik avtomobili verilib.

Çernobıl AES qəzası ilə əlaqədar əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası, sosial-məişət problemlərinin həlli, onların sanatoriya-kurort müəssisələrinə yollayışla təminatı və s. istiqamətlərdə də müvafiq işlər aparılır.

Qeyd olunanlarla yanaşı, Çernobıl AES-də baş vermiş qəzanın ildönümü ilə bağlı həmin qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar əlilliyi olan 500 nəfərə bu günlərdə birdəfəlik maddi yardım da ayrılıb.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO