İdman 26.08.2020 22:00

YENİLƏNDİ:“Qarabağ”ın qələbə seriyası davam edir

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ” – “Şerif” oyunu başa çatıb.

Rakus.az xəbər verir ki, qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmanın 22-ci dəqiqəsində Matiç, 63-cü dəqiqəsində Mahir Emreli komandamızın heyətində fərqləniblər.

“Şerif”in yeganə qoluna isə 78-ci dəqiqədə Kastaneda imza atıb.

Çempionlar Liqası

II təsnifat mərhələsi

26 avqust

“Qarabağ” (Azərbaycan) – “Şerif” (Moldova) – 2:1

Qollar: Uroş Matiç, 22 (pen.), Mahir Emreli, 63 – Kastaneda, 78

21:23

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ” – “Şerif” oyununda fərq artıb.

Rakus.az xəbər verir ki, komandamız ikinci qolu rəqib qapısından keçirib.

Qarşılaşmanın 63-cü dəqiqəsində Mahir Emreli fərqlənib.

O, Abdullah Zubirin əla ötürməsini məntiqi sonluğa çatdırıb.

Çempionlar Liqası

II təsnifat mərhələsi

26 avqust

“Qarabağ” (Azərbaycan) – “Şerif” (Moldova) – 2:0

Qollar: Uroş Matiç, 22 (pen.), Mahir Emreli, 63

20:46

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ” – “Şerif” oyununda ilk hissə başa çatıb.

Oxu.Az xəbər verir ki, komandamız ilk hissəni öndə başa vurub – 1:0.

Uroş Matiç 22-ci dəqiqədə penalti zərbəsindən sonra fərqlənib.

Çempionlar Liqası

II təsnifat mərhələsi

26 avqust

“Qarabağ” (Azərbaycan) – “Şerif” (Moldova) – 1:0

Qol: Matiç, 22

20:40

Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində hazırda davam edən “Qarabağ” – “Şerif” matçında qonaqlar azlıqda qalıblar.

Oxu.Az xəbər verir ki, qarşılaşmanın 37-ci dəqiqəsində “Şerif”in hücumçusu Anatole Abanq Bədavi Hüseynova qarşı kobudluğa görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Oyunun ilk hissəsi davam edir və “Qarabağ” 1:0 hesabı ilə öndədir.

20:22

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ” – “Şerif” oyununda hesab açılıb.

Oxu.Az xəbər verir ki, təmsilçimiz 22-ci dəqiqədə önə keçib.

Belə ki, “Şerif”in müdafiəçilərinin matçın 21-ci dəqiqəsində cərimə meydançası daxilində Xayme Romeroya qarşı kobud oyunu penalti ilə nəticələnib.

Uroş Matiç isə şansı əla dəyərləndirib.

Çempionlar Liqası

II təsnifat mərhələsi

26 avqust

“Qarabağ” (Azərbaycan) – “Şerif” (Moldova) – 1:0

Qol: Matiç, 22

20:00

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ” – “Şerif” oyunu start götürüb.

Oxu.Az-ın Tofiq Bəhramov adına Respublika Stadionunda olan müxbiri xəbər verir ki, görüşdə hesab açılmayıb.

19:00

Bu gün Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasında növbəti matçını keçirəcək.

Oxu.Az xəbər verir ki, Ağdam təmsilçisi turnirin II təsnifat mərhələsində Moldovanın “Şerif” klubu ilə üz-üzə gələcək.

Mövcud pandemiya şəraiti ilə əlaqədar bir matçdan ibarət olan və azarkeşsiz keçiriləcək duel Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Bundan əvvəlki mərhələdə “Qarabağ” Şimali Makedoniya “Sileks”i üzərində 4:0, “Şerif” isə Lüksemburq “Fola”sı ilə matçda 2:0 hesablı qələbə qazanmışdı.

Qeyd edək ki, cütün qalibinin III təsnifat mərhələsindəki rəqibi avqustun 31-də keçiriləcək püşkatmada bəlli olacaq. Məğlub komandanın Avropa Liqasındakı rəqibi isə ertəsi gün müəyyənləşəcək.

Çempionlar Liqası

II təsnifat mərhələsi

26 avqust

20:00. “Qarabağ” (Azərbaycan) – “Şerif” (Moldova)

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 81. Kevin Medina, 55. Bədavi Hüseynov, 77. Donald Gerye, 2. Qara Qarayev, 8. Uroş Matiç, 19. Filip Ozobiç, 9. Xayme Romero, 10. Abdullah Zubir, 11. Mahir Emreli

Ehtiyat oyunçular: 12. Emil Balayev, 7. Kvabena Ovusu, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 29. Musa Qurbanlı, 44. Elvin Cəfərquliyev

Baş məşqçi: Qurban Qurbanov

“Şerif”: 1. Dumitru Seleadnik, 11. Andrey Peteleu, 15. Kristiano, 91. Usman Ndiaye, 70. Fatih Obilor, 55. Benedik Mioç, 3. Çarles Petro, 44. Andrey Lukiç, 18. Uilyam Parra Sinisterra, 77. Anatoli Abanq, 76. Qabriel Boban

Ehtiyat oyunçular: 33. Sergey Peşenko, 7. Andrey Blizniçenko, 8. Maks Veloso, 10. Kastaneda Velez, 14. Sebastian Dahlstrom, 43. Riçard Qadze, 16. Keston Jülien

Baş məşqçi: Zoran Zekiç

Hakimlər: Mikola Balakin, Viktor Matyaş, Sergey Pristupa, Andrey Kovalenko (hamısı Ukrayna)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO