Siyasi 25.04.2019 17:56

YAP Zərifə Əliyevaya həsr olunmuş tədbir keçirdi

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) XX əsr Azərbaycan tarixinin görkəmli simalarından biri – Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirib.

Rakus.az xəbər verir ki, tədbir məktəblilərin şeir kompozisiyası ilə başlayıb. Daha sonra akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru professor Nurlana Əliyeva bu gün şərəfli bir insanın xatirəsini yad etmək üçün toplaşdıqlarını tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Onun sözlərinə görə, ömürboyu insanların gözünə nur verən və həyatı da nura çevrilən Zərifə Əliyeva Azərbaycan qadınları üçün bir örnək olub: “Çox ziyalı ailədə boya-başa çatan Zərifə Əliyevanın həyatı mənalı olduğu qədər həm də çox məsuliyyətli olub. O, təvazökar olduğu qədər uca olub. O, çətinlik çəksə də, həmişə Azərbaycan anasını ən uca səviyyədə təmsil edə biləcək qədər uca olub. O, milli-mənəvi keyfiyyətlərini heç zaman heç nəyə dəyişməyib”.

Akademik Zərifə Əliyevanın Azərbaycan tarixində, ölkənin milli-mənəvi həyatında mühüm rol oynadığını söyləyən rektor əlavə edib ki, Azərbaycan xanımlarının zərifliyinin, humanizminin və qayğıkeşliyinin mücəssiməsi olan Zərifə Əliyeva öz nurlu siması, ana ləyaqəti, alim məsuliyyəti ilə yaddaşlarda daim yaşayacaq:

“Bu gün Zərifə xanım öz vətənpərvərliyi, tarixi keçmişimizə, milli adət-ənənələrimizə bağlılığı ilə sözün əsl mənasında vətəndaşlıq örnəyinə çevrilib. Bu gün onun çırağını yandıran Mehriban Əliyevanın da fəaliyyəti Azərbaycan qadınları üçün örnəkdir. Zərifə xanımın oğlu, dövlətimin başçısı İlham Əliyevin fəaliyyətindən bu gün hər birimiz fəxr duyuruq”.

Zərifə Əliyevanın həyatını bütün Azərbaycan qadınları üçün örnək sayan Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi, 1-ci dərəcəli dövlət müşaviri, tarix elmləri doktoru Dilarə Seyidzadə bildirib ki, onun əsas məqsədi hər zaman ailəsinə və seçdiyi ixtisasa sadiq olmaq olub: “Zərifə xanımın həyatı çətin olub, çünki o, üzərinə düşən vəzifənin məsuliyyətini başa düşürdü. Zərifə xanımın anası çox gözəl nəsildən olan bir xanım idi. Zərifə xanım uşaqlıqdan zərifliyi, istiqanlığı görüb, ona görə özü də həyatda belə xarakterdə olub. O, həmişə xalqı haqqında düşünürdü, onda biganəlik hissi yox idi. O, hər zaman bütün görüşlərində Azərbaycan qadınlarını yüksəklərə qaldırmaq üçün fikirlər söyləyirdi. Çünki Azərbaycan qadınını daim uca görmək istəyirdi. Onun bütün məqsədi Azərbaycanın varlığına həsr edilmişdi. Biz Azərbaycan xalqı olaraq, daim onunla fəxr etməliyik”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Zərifə Əliyevanın elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.

O, Zərifə Əliyevanı dahi bir şəxsiyyət kimi səciyyələndirb: “Mən çox xoşbəxt insan olmuşam ki, onu şəxsən tanımışam. Onun verdiyi məsləhətlər hələ də yadımda qalıb. O zaman qadınlar hərəkatı yeni fəaliyyətə başlamışdı. Ulu öndər həmişə qadın hərəkatına xüsusi diqqət verirdi, çünki onun yanında Zərifə Əliyeva kimi güclü, geniş dünyagörüşlü qadın var idi”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib ki, Zərifə xanım tanınmış ictimai xadim olmaqla yanaşı, gözəl həyat yoldaşı, qayğıkeş ana olub. О, müasir Azərbaycan tarixində mühüm yeri olan iki prezidentin həyatında vacib rol oynayıb. O, Heydər Əliyevin yaxın silahdaşı, Prezident İlham Əliyevin anası olub. Zərifə xanım hamımızın qəlbində yaşayır və yaşayacaq”.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO