Elm və təhsil 25.04.2019 18:45

Mehriban Əliyeva təhsil müəssisələrində mövcud şəraitlə tanış oldu - FOTO

Aprelin 25-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xəzər rayonunun Buzovna qəsəbəsində 229 saylı körpələr evi-uşaq bağçasında, Mərdəkan qəsəbəsində Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyada və gimnaziyanın ikinci korpusunda müvəqqəti fəaliyyət göstərən 32 saylı Laçın rayon tam orta məktəbində mövcud şəraitlə tanış olub.

Rakus.az xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva əvvəlcə Xəzər rayonunun Buzovna qəsəbəsində 229 saylı körpələr evi-uşaq bağçasına gəldi.

Bağçanın müdiri Ellada Səlimova məktəbəqədər təhsil müəssisəsi barədə Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verdi. Bildirildi ki, bu bina 1836-cı ildə tikilib. 1957-ci ildən bina bağça kimi fəaliyyətə başlayıb. Burada sonuncu dəfə təmir işləri 2006-2007-ci illərdə həyata keçirilib.

Birinci vitse-prezident Mehriban Əliyeva uşaq bağçası-körpələr evindəki uşaqlarla görüşdü, onlarla söhbət etdi, balacaların bacarıqları ilə maraqlandı, arzularını soruşdu. Uşaqlar da Birinci vitse-prezidentin ətrafına toplaşaraq böyük məmnuniyyətlə öz istəkləri ilə bölüşdülər, məharətlərini nümayiş etdirdilər, rəqs edib, mahnılar oxudular, şerlər söylədilər.

Məlumat verildi ki, 75 uşaq yerlik məktəbəqədər təhsil müəssisəsində balacaların təlim-tərbiyəsi ilə 27 nəfərdən ibarət pedaqoji heyət məşğul olur. Dörd qrupdan ibarət bağçada 2 yaşdan 6 yaşadək uşaqlar tərbiyə olunur və ilkin biliklərə yiyələnirlər.

Birinci vitse-prezident yuxarı yaş qrupundakı uşaqların məktəbə hazırlığı ilə də maraqlandı.

Ölkəmizdə uşaq müəssisələrinin yüksək tələblər səviyyəsində qurulması istiqamətində dövlətin gördüyü işlərə Heydər Əliyev Fondu da böyük töhfələr verir. 2014-cü ilin fevral ayında Fondun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı keçirilib və ölkədə yeni bağçaların inşasına ehtiyac olduğu müəyyənləşdirilib. Həmin vaxtdan Fond ölkəmizdəki məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulması, yeni, müasir uşaq bağçalarının inşası sahəsindəki fəaliyyətini daha da genişləndirib.

X X X

Sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Mərdəkan qəsəbəsində Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyaya gəldi.

Gimnaziyanın direktoru Ənvər Mustafayev məlumat verdi ki, 1960-cı ildə istifadəyə verilən təhsil ocağı indiyədək heç vaxt əsaslı şəkildə təmir edilməyib. Əvvəllər internat tipli olan təhsil müəssisəsi 2010-cu ildən xarici dillər təmayüllü gimnaziya kimi fəaliyyət göstərir. İki korpusdan ibarət məktəbdə 50 sinif otağı, idman və akt zalları, emalatxanalar mövcuddur.

Məktəbin sinif otaqları ilə yaxından tanış olan Mehriban Əliyevaya bildirildi ki, gimnaziyada 5-11-ci siniflər üzrə tədris aparılır. Müəssisədə 609 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə təqribən 70 nəfərdən ibarət pedaqoji heyət məşğul olur. Məktəbdə ingilis, ərəb, fars və rus dilləri tədris edilir.

Azərbaycanın Birinci vitse-prezidenti şagirdlərlə söhbət etdi, onlara dərslərində uğurlar arzulayaraq dedi:

– Sizdə təhsilə, elmə, biliyə həvəs var. Siz Azərbaycanın ümidisiniz, ona görə yaxşı oxumalısınız. Gələcəkdə Azərbaycanın qurucuları siz olacaqsınız. Bilirəm, sizin məktəbinizin hər zaman yaxşı göstəriciləri olub. Uğurlar arzulayıram. Sağ olun.

Bildirildi ki, 2017-2018-ci tədris ilində məktəbi 49 məzun bitirib və onlardan 45-i Azərbaycanın ali məktəblərinə qəbul olunub. Qəbul imtahanlarında məktəb üzrə 3 nəfər 600-dən yuxarı bal toplayıb.

X X X

Daha sonra Birinci vitse-prezident Mehriban Əliyeva gimnaziyanın ikinci korpusunda müvəqqəti fəaliyyət göstərən 32 saylı Laçın rayon tam orta məktəbində mövcud şəraitlə də tanış oldu.

Məktəbin direktoru Samirə Həsənova Azərbaycanın Birinci vitse-prezidentinə məlumat verdi ki, təhsil ocağı 1993-cü ildən bu binada fəaliyyət göstərir. Gimnaziyanın ikinci korpusunun 3-cü mərtəbəsində yerləşən məktəbdə əsasən məcburi köçkün ailələrindən olan, həmçinin Xəzər rayonunda yaşayan uşaqlar təhsil alırlar.

Sinif otaqlarına baş çəkən Mehriban Əliyeva şagirdlərlə səmimi söhbət etdi, onlarla şəkil çəkdirdi.

Diqqətə çatdırıldı ki, hazırda məktəbdə 170 şagirdin təlim-tərbiyəsi ilə 25 müəllim, 10 texniki işçi məşğul olur. 2017-2018-ci tədris ilində məktəbi 9 məzun bitirib və onlardan 7-si yüksək nəticə göstərərək, Azərbaycanın ali məktəblərinə qəbul olunub.

Xanım Mehriban Əliyeva Xəzər rayonunda məskunlaşan məcburi köçkünlər üçün yaradılan şəraitlə maraqlandı, dövlətin bu sahəyə hər zaman xüsusi diqqət yetirdiyini bildirdi.

Birinci vitse-prezident Mehriban Əliyeva Buzovna qəsəbəsindəki körpələr-evi uşaq bağçasında, Mərdəkan qəsəbəsindəki Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyada və gimnaziyanın ikinci korpusunda müvəqqəti fəaliyyət göstərən 32 saylı Laçın rayon tam orta məktəbində şəraitin yaxşılaşdırılması istiqamətində müvafiq tapşırıqlarını verdi.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO