Maraqlı 26.04.2019 09:03

BÜRCLƏR – 26 aprel

Qoç – işgüzar məsələlərin həlli üçün uğurlu gündür. Yaşam potensialının səviyyəsi yüksəkdir, enerjiniz və ruhi qüvvəniz çoxdur. Uğura nail olmaq üçün bütün komponentlər var.

Yeni, çətin və mürəkkəb işlər peyda olur. Fəqət, çəkinməyin və narahat olmayın: həmin işlərin öhdəsindən gələcəksiniz. Məqsədə doğru qətiyyətlə irəliləyin. Hansısa şəxs, hadisə və ya nəsnə sizə mane olmamalıdır.

Köçmək, təmirə başlamaq, şəraiti dəyişmək olar.

Ailəniz və yaxınlarınız üçün faydalı nə isə etmək şansını əldən verməyin. əməyinizin bəhrələrindən razı qalacaqsınız.

Dəvət aldığınız tədbirə yollanın, orada aktiv iştirakçı olun.

Yeni tanışlıq istisna deyil.

Buğa – bu gün böyük uğurlara nail olmaq xeyli çətinləşib. Bədxahlarınız və maskalanmış düşmənləriniz irəliləyişinizin qarşısını almaq üçün əllərindən gələni edirlər. Başa vurduğunuz işin və bitirdiyiniz səylərin nəticələrini mənimsəmək istəyənlərə mane olun.

Gün çox yorucu, emosional baxımdan mürəkkəbdir.

Axşam saatlarına yaxın sizi ən kiçik məsələ, ən xırda olay təbdən çıxara bilər. Münaqişələrə rəvac olmamaq üçün təmas dairənizi məhdudlaşdırın.

Günün ikinci yarısından təhsil, bilik və bacarıqların artırılması, təcrübə bazasının genişləndirilməsi üçün istifadə etmək olar. Əqli əmək sizi sevindirməklə yanaşı, konkret nəticələr də verəcək.

Əkizlər – emosional yön baxımından olduqca əlverişsiz gündür. Sakit və səbrlə davranmaq asan deyil. Əhvalınız kəskin şəkildə dəyişə bilər.

İşdə həmkarlar və rəhbərliklə problemlərin yaranması istisna deyil. Hadisələrin belə arzuolunmaz məcrada baş verməməsi üçün emosiyaları işgüzar maraqlardan ayırın.

İş yoldaşlarınızla qaba və aqressiv davranmayın.

Günün ikinci yarısında məqsədə çatmaq üçün hiyləyə əl atmayın. Hiyləgərlik etsəniz, uğura nail ola bilərsiniz. Amma unutmayın ki, belə davranışın çox ağır nəticələri və fəsadları ola bilər.

Xərçəng – həmkarlar və işgüzar tərəfdaşlarla bir sıra məsələləri həll etmək, münasibətləri rəvanlaşdırmaq üçün əlverişli gündür. Gün asan deyil. Lakin vaxtınızı hədər itirməsəniz, məhsuldar ola bilər. Diqqət və sayıq davranış tələb edən işlər müxtəlifdir.

Onları həll edə bilərsiniz. Müstəqil şəkildə düşünməli, hərəkət etməli və suallara cavab tapmalı olacaqsınız.

Yaxın ətrafınızdakı insanlarla münasibətlər normal olacaq. Haqlı olduğunuzu sübut etməyə lüzum yoxdur. İdeyalarınız rəğbətlə qarşılanacaq.

Qətiyyətli və təşəbbüskar olun.

Şir – pozitiv təmayüllərin təsiri güclüdür. İşgüzar aktivliyiniz yüksək olsun ki, uğurlara bel bağlaya biləsiniz. İşdə mövqeləriniz möhkəmlənə bilər. Təşəbbüskar olun, nəyə qadir olduğunuzu göstərin. Maraqlı ideya və təkliflərlə çıxış edin, lider məziyyətlərinizi göstərin, təşkilatçılıq məharətinizi nümayiş etdirin.

Unutmayın ki, işdəki irəliləyişinizin bundan sonrakı durumunun asılı olduğu insan sizi diqqətlə müşahidə edir.

Xırda problemlərə həddən ziyadə diqqət verməyin. Gündəlik məişət qayğıları sizi pərişan etməməlidir. Hər şeyə sadə yanaşın, gözütox olun və ən başlıcası – çətinliklərdən qorxmayın.

Qız – peşəkar müstəvidə uğurlarınız və nailiyyətləriniz böyük olmayacaq. Çox fikirləşməyin, yoxsa fəaliyyət üçün vaxt az qalacaq. Başqasının əməllərini təkrarlamayın. Müstəqil addım atın, öz yolunuzu gedin. Maliyyə durumunuzda yaxşılaşma ola bilər.

Alış-verişdə bədxərclik etməyin.

Sevdiyiniz insanla münsibətlərdə sərt davranmayın. Ən kiçik, ilk baxışdan önəmsiz səbəbdən münaqişə yarana bilər.

Sakit olun, toxtaq davranın.

Məntiq və şüurunuz emosiyaları nəzarətdə saxlasın.

Münasibətləri və təmasları təhlükəyə atmayın.

Tərəzi – iş üçün çox yaxşı gündür. İşgüzar fəallıq yüksəkdir, çox işləri başa vura bilərsiniz. Səhvlərə yol verməyin, məğlubiyyətsiz taktika gəlişdirərək ondan yararlanmağa can atın. Parlaq ideyalarınızı yaxın ətrafınızdakı insanlarla bölüşməyə can atırsınız. Əməyiniz və səyləriniz diqqətsiz qalmayacaq. Ödül səxavətli olacaq.

Münaqişələrin çözülməsi, problemlərin həlli, mürəkkəb suallara cavabların tapılması üçün yaxşı vaxtdır.

Uzaq səfərlərə, tənha səyahətə çıxmaq olmaz.

Romantik görüş pis keçməyəcək, amma gözləntilərinizi doğrultmayacaq.

Əqrəb – uğurlu gündür. Çətinliklərin öhdəsindən gələcəksiniz. Özünüzə inamı itirməyin. Bu gün uğur üçün yetərincə imkanlarınız var.

Sövdələşmə, maliyyə əməliyyatlarının aparılması üçün əlverişli gündür. Xərclərin əksər hissəsi ailənin tələbatının ödənməsi ilə bağlıdır. Xəsislik etməyin.

Ailə üzvlərinin, sevdiyiniz insanların xoş emosiyaları, sevinci hər şeyə dəyər.

Günün ikinci yarısı konfrans, seminar və ya analoji tədbirə dəvət ala bilərsiniz. Həmfikir olduğunuz insanı asanlıqla ümumi işə cəlb edə bilərsiniz.

Amma unutmayın ki, pozitiv təmayüllərin güclü olmasına rəğmən, düşünülməmiş addımlar atmaq gərək deyil.

Təmkinli olun, “ağır oturub batman gəlin”.

Oxatan – münbit emosional fona malik gündür. Yaxşı əhval-ruhiyyədəsiniz. Kiçik problemlərdən təşvişə d6üşərək kefinizi pozmayın.

İşdə əhəmiyyətli uğur qazana bilərsiniz. Rəhbərliyin rəğbətini qazana bilərsiniz.

Əvvəllər səlahiyyət dairəsinə daxil olmayan işlərlə məşğuliyyət ehtiyacı yarana bilər.

Yeni və faydalı biliklər, bacarıqlar əldə etmək üçün əlverişli vaxtdır.

Xoş təəssürat bağışlamaq istədiyiniz insanla axşam saatlarında görüşə bilərsiniz. Səlis olun, nə demək istədiyinizi bilin, söylədiyiniz ifadələrin fərqinə varın.

Oğlaq – dostlarla ünsiyyət və birgə fəaliyyətin intensivləşdirilməsi üçün yaxşı gündür. İşləmək əvəzinə düşünməyə və xəyallara üstünlük verməyin. Fəaliyyətinizə bir qədər ara verin, amma istirahət uzun çəkməsin. İşgüzar səfərlər üçün əlverişli vaxtdır.

Evdən uzaqda əlverişli alış-veriş edə bilərsiniz.

Qohumlarınız arasında bir şəxsin təcili yardıma ehtiyacı var. Köməyinizi əsirgəməyin. Məsləhətlərin sayını artırmayın. Əks təqdirdə ətrafınızdakı şəxslərdə qıcıq yarada bilərsiniz.

Dolça – tənbəl və ətalətli olmayın. Başladığınız işi tamamlayın. Təxirəsalma istəyi nə qədər güclü olsa da, emosiyalara uymayın.

Zəifliklərinizin əsiri olmayın, məntiq və “hədd hissi”ni unutmayın.

İzafi işlərə başlayaraq özünüzü yormayın.

Günün ikinci yarısında planlaşdırılmış şəkildə hərəkət edin.

Yaxınlarınıza yardım edin. Həssas olun. Hətta kimsənin dil tapmadığı insanlarla belə, ortaq məxrəcə gələ bilərsiniz. Asanlıqla güzəştə getməyin. Çünki çox yumşaq olsanız, sonradan yerinə yetirilməsi çətin öhdəliklər məngənəsində qala bilərsiniz.

Axşam saatlarında istirahət edin.

Balıqlar – bir neçə gün əvvəl əvvəl başladığınız işi başa vurun. Təxribatlara uymayın. Yeni işlərə başlamayın. İndiyədək qüvvənizi sınamadığınız sahələrdə yeniliklər etməyə cəhd göstərməyin. Başqalarının səhvlərindən nəticə çıxarın. Yanlışlıqlığa yol versəniz, səhvlərinizi nəzərdən keçirin.

Dost ünsiyyəti və təmaslar üçün əlverişli gündür. Səfərlər planlaşdıra bilərsiniz. Səyahət və yol macərası uğurlu ola bilər.

Təmirə başlamaq, daşınmaz əmlak almaq üçün əlverişli gün deyil.

Yaşam potensialı yüksəkdür.

Axşam saatlarında istirahət edir. (Milli.Az)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO