Gündəm 26.04.2019 13:31

Çingiz Abdullayev “İçərişəhər”dən yazdı

“Bilmirəm şəhərimdə nə baş verir, lakin dəqiq bilirəm ki nə baş verməməlidir. “İçərişəhər” bizim şəhərin, xalqın simvollarından biridir. Yaddaş, ənənə, keçmiş və bu gün, tarix, əfsanəmizdir. Bu, bizim irsimizdir. Hər yerdə Qala divarlarının dağıdılmasına dair fotoşəkillər var. Restoran barədə danışırlar. Hər şey aydınlaşmamış qərar vermək istəmirəm. Lakin dəqiq bilirəm ki, bütün bunlar yolverilməzdir. Hətta restovrasiya işləri aparılırsa və orada restoran tikilməyəcəksə belə…”

Rakus.az xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev “Facebook” hesabında yazıb.

O, son günlər sosial şəbəkədə “İçərişəhər”də Qala divarlarının bir hissəsinin sökülərək yerində restoran tikilməsilə bağlı etiraz edənlərə qoşulub.

“Axı insanları dəlilik həddinə çatdırmamaq da olar. Mətbuat xidməti və ya digər informasiya xidmətləri vasitəsilə insanlara nə baş verdiyini izah etmək olar. Mənə bir nəfər izah etsin ki niyə görə fikirləri və arzuları hesaba alınmayaraq insanlar mütəmadi şəkildə təhqir olunurlar. Nə qədər olar ? Bir daha dəqiqləşdirirəm. Bu paylaşım dağıdılan divarla deyil, bu şəhərdə yaşayan insanlara dərin hörmətsizliklə bağlıdır.

Bu, mənim də şəhərimdir. Pirşağı qəbiristanlığında təxminən yüzə yaxın qohumum dəfn olunub. Bakıda valideynlərim dəfn olunub, burada uşaqlarım doğulub. Əgər sabah şəhərin müdafiəsi üçün mitinq olsa, onun müdafiəsinə ilk mən çıxacam. Bu şəhərdə bizim indiki prezidentimiz anadan olub. Bu onun da şəhəridir. Bu şəhərdə bizim birinci vitse-prezidentimiz dünyaya gəlib. Bu onun da şəhəridir. Bu bizim şəhərimizdir. Əgər biz də olmasaq, onu kim qoruyacaq?” deyə, Abdullayev bildirib.

Qeyd edək ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi isə yayılan informasiyanın yanlış olduğunu bildirib. Qurum bildirir ki, “İçərişəhər”də gedən tikinti işləri Qala divarlarından kənarda həyata keçirilir.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO