Müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 5-də Moskva şəhəri yaxınlığındakı Alabino poliqonunda təşkil edilən “Beynəlxalq Ordu Oyunları – 2020” (BOO – 2020) yarışlarının son günündə keçirilən “Tank biatlonu” müsabiqəsinin final mərhələsinə çıxmış Azərbaycan tankçılarının digər komandalarla mübarizəsini izləyib və qalib gəlmiş hərbi qulluqçuların mükafatlandırılmasında iştirak edib.
Rakus.az xəbər verir ki, “BOO – 2020” yarışlarının təntənəli bağlanış mərasimi konsert proqramı ilə sona çatıb.
Hərbçilərimiz bu yarışlar çərçivəsində keçirilən “Dəniz kuboku” və “Tank biatlonu” müsabiqələrində ölkəmizi yüksək səviyyədə təmsil ediblər.