İdman 07.09.2020 15:34

“Neftçi” – “Qalatasaray” matçını şotlandiyalı fit çalacaq

Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək “Neftçi” – “Qalatasaray” matçının hakimləri bilinib.

UEFA-nın saytının məlumatına görə, oyunu Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Kevin Klansi olacaq. Ona Devid MakQiçi və Qrem Stüart kömək edəcək. Dördüncü hakim funksiyasını Yuan Anderson yerinə yetirəcək.

36 yaşlı Kevin Klansi artıq beşinci dəfə Azərbaycan təmsilçilərinin oyununu idarə edəcək. “Neftçi”nin oyununda isə ikinci dəfə iş başında olacaq. Beş il əvvəl Podqoritsa şəhərində keçirilən oyunda “Neftçi” “Mladost”la 1:1 oynayıb və UEFA Avropa Liqasında turnirdəki çıxışını başa vurub.

Həmin oyuna əlavə olunan birinci dəqiqədə meydan sahibləri qol vurub, oyun bitdikdən sonra ötən mövsüm “Qarabağ”da da çıxış etmiş braziliyalı müdafiəçi Aylton Fereyra Silvanın rəqib oyunçu ilə dalaşmasından sonra meydanda gərginlik pik həddə çatıb. Nəticədə Klansi “Mladost”dan Miloş Raduloviçi, “Neftçi”dən Aylton Fereyra Silva və ukraynalı qapıçı Maksim Vaylonu birbaşa qırmızı vərəqə ilə meydandan qovub. Xatırladaq ki, birinci və üçüncü futbolçu ehtiyat oyunçular skamyasında olarkən davaya qoşulublar.

“Neftçi”nin həmin oyundakı heyətindən yalnız Aqil Məmmədov və Mirabdulla Abbasov (ehtiyatda qalıb) indiki komandada qalıb.

Onun idarə etdiyi Azərbaycan təmsilçilərinin oyunlarını diqqətinizə çatdırırıq:

UEFA Avropa Liqasının 2012/13 mövsümünün I təsnifat mərhələsi. Bakı (12.07.2012). “İnter” – “Trans Narva” (Estoniya) 2:0

U-17 millilər arasında AVRO-2013-ün seçmə mərhələsi. Bolqarıstan (19.10.2012). İspaniya – Azərbaycan 2:0

UEFA Avropa Liqasının 2015/16 mövsümünün I təsnifat mərhələsi. Monteneqro (09.07.2015). “Mladost” – “Neftçi” 1:1

UEFA Çempionlar Liqasının 2016/17 mövsümünün II təsnifat mərhələsi. Lüksemburq (20.07.2016). “Düdelanj” – “Qarabağ” 1:1

Sentyabrın 17-si “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunu saat 20:00-da başlayacaq.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO