Gündəm 26.04.2019 16:16

MM-nın aqrar siyasət komitəsinin iclası keçirildi

Aprelin 26-da Milli Məclisin aqrar siyasət komitəsinin növbəti iclası keçirilib.

Rakus.az xəbər verir ki, komitənin sədri Eldar İbrahimov gündəliyə yeddi məsələnin daxil olduğunu bildirib.

Əvvəlcə “Aqrar sığorta haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunub. Qanun layihəsini təqdim edən Milli Məclis Aparatının iqtisadi qanunvericilik şöbəsinin müdir müavini, aqrar qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə bildirib ki, bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 27-ci bəndinə uyğun olaraq, Azərbaycanda aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanması ilə bağlı münasibətləri tənzimləyir, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. Qanun layihəsi 4 fəsil, 21 maddədən ibarətdir.

İclasda iştirak edən kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova qanun layihəsinə münasibətini bildirib, bir sıra təkliflər irəli sürüb. Nazir müavini bildirib ki, elektron kənd təsərrüfatı sistemi qurulub. Hər gün on minlərlə fermer bu sistemdə qeydiyyatdan keçir. Kağız üzərində bəzən eyni predmetlə bağlı birdən çox müqavilə bağlanır. Bu, dövlət vəsaitindən sui-istifadəyə səbəb olur. Amma elektron informasiya sistemində bütün bu hallar aradan qaldırılacaq. Fermer bir təsərrüfata münasibətdə bir müqavilə bağlaya bilər.

Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev deyib ki, Azərbaycanda təxminən 400 minə yaxın fermer kənd təsərrüfatı subsidiyasından istifadə edir. Bu, o deməkdir ki, dövlət vətəndaşa maliyyə dəstəyi verir. Buna baxmayaraq, dövlətin verdiyi maliyyə dəstəyindən sahibkarlıq subyektlərinin təxminən 50 faizi istifadə edir. Bu, o deməkdir ki, vətəndaşların bir çoxunda kiçik torpaq sahələri var, 80 faizi təxminən 2 hektardan az torpağa sahibdir. “Dövlət fondunun yaradılması, dövlət tərəfindən subsidiyaların verilməsi və bütün bu sistemin dövlət-özəl tərəfdaşlığı əsasında qurulması gələcəkdə aqrar sığorta sisteminin uğurlu işləməsinin təminatçısı olacaq”, – deyə M.Əliyev bildirib.

Sonra “Fitosanitar nəzarəti haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində, Su, Meşə, Torpaq və Şəhərsalma və Tikinti məcəllələrində, “Meliorasiya və irriqasiya haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” “Balıqçılıq haqqında”, “Elektroenergetika haqqında” və “Nəqliyyat haqqında”, “İctimai iştirakçılıq haqqında”, “Dəniz limanları haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” qanunlarda, “Kənd təsərrüfatı kooperasiyası haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Turizm haqqında” və “Elektrik və istilik stansiyaları haqqında” qanunlarda, “Auditor xidməti haqqında”, “İnvestisiya fəaliyyəti haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Kiçik sahibkarlığa dövlət himayəsi haqqında”, “Yeyinti məhsulları haqqında”, “Notariat haqqında”, “Kredit ittifaqları haqqında” və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə üçüncü oxunuşda baxılıb.

Müzakirə edilən bütün qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO