Nazirin çıxışı “China Daily”-də nəşr edildi
Təhsil naziri Ceyhun Bayramov Çin Xalq Respublikasında səfərdədir.
Rakus.az xəbər verir ki, Təhsil Nazirliyindən bildirilib ki, Çinin ingilis dilində gündəlik nəşr olunan nüfuzlu “China Daily” qəzetində təhsil naziri Ceyhun Bayramovun səfər çərçivəsində “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirakı ilə əlaqədar məlumat yayımlanıb.
Məlumatda Ceyhun Bayramovun ötən gün “Xalqlar arasında əlaqələr” adlı tematik forumda çıxış etdiyi vurğulanıb.
Bildirilib ki, forum çıxışçıları tərəfindən təhsil mövzusu geniş müzakirə edilib. Azərbaycanın təhsil naziri öz çıxışında daha çox gənc mütəxəssislərin hazırlanması üçün Çin və Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsini təklif edib.
Xatırladaq ki, səfər zamanı Ceyhun Bayramov çinli həmkarı Chen Boasheng ilə görüşüb. Görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.