İkinci yürüşün üçlüyü müəyyənləşdi
Bakıda Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin ikinci sərbəst yürüşünün ilk üçlüyü müəyyən olunub.
Rakus.az xəbər verir ki, yürüş nəticəsində “Ferrari” komandasının pilotu Şarl Lekler 1-ci, “Ferrari” komandasının digər pilotu Sebastian Fettel 2-ci, “Mercedes” komandasının pilotu Luis Hemilton isə 3-cü yerdə qərarlaşıb.
Xatırladaq ki, ikinci sərbəst yürüşdə “Mercedes” komandasının heyətində Luis Hamilton və Valtteri Bottas, “Ferrari”də Sebastian Fettel, Şarl Lekler, “Williams”ın heyətində Corc Rassel və Robert Kubitsa yarışırlar.
“Red Bull Racing” komandasında Ryer Qasli, Maks Ferstappen, “Raching Point”də Serxio Peres və Lens Stroll, “Renault”da isə Niko Hulkenberq ilə Daniel Rikkardo mübarizə aparırlar. Bundan başqa, “Toro Rosso”nun heyətində Aleksandr Albon və Daniil Kvyat, “Alfa Romeo”də Antonio Covinatsi, Kimi Raikkonen, “McLaren”də Lando Norris və Karlos Sayns yürüşdə iştirak edirlər. Pilotlar Romen Qrojan və Kevin Maqnussen isə “Haas” komandalarını təmsil edirlər.