skip to Main Content
Koronavirus 20.09.2020 11:48

COVID-19-dan əziyyət çəkənlərin sayı artır – ÜST rəsmisi

Yeni növ koronavirus (COVID-19) infeksiyası çox sayda insana təsir edir. Hindistan, ABŞ, Latın Amerikası ölkələrində, o cümlədən Braziliya və Argentinada artan qrafik üzrə dəyişən yoluxma halları müşahidə olunur. Pandemiyanın yükünü əsasən Amerika qitəsi çəkir. Yeni yoluxma hallarının yarısı bu qitədədir. Avropada da yoluxmanın artdığını görmək olar. Xüsusilə Qərbi Avropada – Fransa, İspaniya, Böyük Britaniyada və Aralıq dənizinin şərqində vəziyyət belədir. Mahiyyət etibarilə yoluxma hələ də geniş yayılmaqda davam edir.

Rakus.az xəbər verir ki, bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mətbuat katibi Marqaret Harris deyib.
O bildirib ki, virusa yoluxma halları yanvardan başlayaraq artmaqda davam edir. Yoluxmanın pik həddə çatdığını deyə biləcək mərhələdə deyilik. Çünki yoluxma hər gün daha da artır. Bəzi ölkələrdə isə yoluxmanın qarşısı alınıb. Nümunə üçün Asiyanın şərqini deyə bilərəm. Həmin ölkələrdə yoluxma hallarının qarşısını almaqda uğur əldə olunub.

Marqaret Harris qeyd edib ki, qış fəsli Avropada soyuq keçdiyindən insanlar bir yerdə daha çox toplaşırlar. Belə olan halda yoluxmanın qarşısını almaq çətin olacaq. Bunun üçün qapalı yerlərdən, yaxın ünsiyyətdən və toplaşmadan qaçmaq lazımdır. Əgər bir yerdə toplaşmaqdan qaça bilmirsinizsə, maskadan istifadə edin, əllərinizi yuyun.

COVID 19-dan sağalma prosesinin insandan-insana fərqləndiyini bildirən M.Harris deyib: “Tədricən daha çox insanın uzunmüddətli COVID-19 xəstəliyindən əziyyət çəkdiyini görürük. Xəstəliyin simptomları fərqlidir. Bəzi insanlarda saçların tökülməsi, ciddi yorğunluq halları baş verir. Buna ortamüddətli simptomlar deyilir. Enerjili insanlar əvvəlki kimi enerjili olmadıqlarını bildirirlər. Bəzi insanlar pilləkənləri qalxarkən təngnəfəs olmalarından, o cümlədən başağrısı, depressiya, psixoloji yorğunluq, görmə qabiliyyətinin zəifləməsindən, yataqdan çıxa bilməməkdən şikayətlənirlər. Bütün bunlar müşahidə olunan simptomlardır. Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, xəstəliyi simptomsuz keçirənlərdə də müəyyən xəsarət qalır. Xəstəlikdən sağalma prosesi çox çətindir. Xüsusilə xəstəliyin kəskin dövründə onunla mübarizə aparmaq çətindir. Heç kimin bu virusa yoluxmasını istəmirik. Ona görə də hamıya yoluxmanın qarşısını almaq üçün əllərindən gələni etmələrini tövsiyə edirik”.

“Hazırlanma mərhələsində olan 170-dən çox vaksin mövcuddur. 30-dan çox vaksin daha təkmil, 5-6 vaksin isə üçüncü, yəni yekun mərhələdədir. Bütün vaksinlər bəzən müəyyən qrup insanlar üçün uyğun olur. Bunu müəyyən etmək üçün genişmiqyaslı sınaqlar aparmalıyıq. Bu, müəyyən zaman alır. Peyvəndin hansı dərəcədə effektiv olduğunu və hansı qrup insanlara təsir etdiyini anlamaq üçün dərin elmi araşdırma aparmaq lazımdır. Vaksinasiyanın 2021-ci ilin ortalarından daha erkən olacağını gözləmirik. İlin sonunadək üçüncü mərhələdə olan peyvəndlərin sınağının yekunlaşmayacağı təqdirdə hər hansı bir nəticə əldə oluna bilinməyəcək. Sınaqlar bitdikdən sonra hansı vaksinin daha uyğun olduğunu müəyyən edəcəyik”, –  ÜST-nin mətbuat katibi qeyd edib.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Back To Top
×Close search
Axtar