Gündəm 22.09.2020 16:52

Paşinyan danışıqlar prosesinə ciddi zərbə vurur – Aydın Hüseynov

Bu gün Azərbaycan Ordusu Ermənistanın başlatdığı hərbi təxribatlara layiqli cavab verməyə qadirdir.

Rakus.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov deyib.

 

Deputat bildirib ki, Ermənistanın rəhbərliyi süni danışıqlarla Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə mane olur, status-kvonu indiki vəziyyətdə saxlamağa çalışır:

“İyul ayında baş verən hərbi təxribat, mülki vətəndaşlara qarşı terror aktları, avqustda diversiya qrupunun göndərilməsi Ermənistan hakimiyyətinin həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir. Məqsəd danışıqları pozmaq, ondan sonra Azərbaycanı ittiham etmək və status-kvonu dəyişməz saxlamaqdır. Ancaq Azərbaycan imitasiya naminə danışıqlarda iştirak etmək və Ermənistanın bu siyasətinə qoşulmaq niyyətində deyil. Fakitiki olaraq Ermənistanın rəhbərliyi uzun müddətdir ki, təcavüzkar siyasətini davam etdirir və ardıcıl təxribatlar törətməklə danışıqlar prosesini pozur. Ali Baş Komandan cənab İlham Əliyevin də bəyan etdiyi kimi, indiki şəraitdə işğalçı dövlətin rəhbərliyinin cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqların əhəmiyyətini itirir. Paşinyan öz cəfəng fikirləri ilə danışıqlar prosesinə ciddi zərbə vurur və “Qarabağ Ermənistandır” deməklə danışıqlar prosesini mənasız edir”.

A.Hüseynov qeyd edib ki, Azərbaycan heç vaxt danışıqlar formatının dəyişməsinə razı olmayacaq və oyuncaq kriminal xunta rejimi ilə heç bir təmaslardan söhbət gedə bilməz: “Bu gün BMT öz qəbul etdiyi qətnamələrə əməl olunmadığını görür, Avropa İttifaqı, Avropa Parlamenti, Avropa Şurası, digər beynəlxalq təşkilatlar Ermənistanın təcavüzkarlığı ilə bağlı qəbul etdikləri sənədlərə məhəl qoyulmadığının şahididirlər, ATƏT-in Minsk qrupu sülh danışıqlarının heç bir nəticə vermədiyini çox yaxşı anlayır. Belə bir vəziyyətdə Azərbaycanın öz torpaqlarını azad etməsi üçün genişmiqyaslı hərbi əməliyyatlara başlamasını da artıq yaxşı dərk etməlidirlər”.

Deputat bildirib ki, bu gün Ermənistan bütün gücü ilə silahlanmağa, müharibəyə hazırlaşır: “Ermənistanın təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi baş verir. Əgər Ermənistan öz çirkin planlarından əl çəkməsə, onun üçün nəticələr çox ağır olacaq. Azərbaycanın bir şərti var, işğalçı Ermənistan hərbçiləri torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdır. Prezidentimizin də ötən gün bəyan etdiyi kimi, əgər Ermənistan beynəlxalq hüququ yerə vurursa, BMT-nin qətnamələrinə məhəl qoymursa, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün bütün zəruri addımları atacaq: “Azərbaycan heç vaxt ərazisinin 20 faizinin itirilməsi ilə barışmayacaq. Azərbaycan döyüş əzmi, hərbi gücü və digər məsələlərdə Ermənistandan müqayisəolunmaz dərəcədə yüksəkdədir. Azərbaycan illərdir ki, beynəlxalq təşkilatlardan münaqişənin sülh yolu ilə həllini tələb edir, süni danışıqların nəticə vermədiyini anladır və artıq xaqlın və dövlətin səbrinin tükəndiyini, öz ərazilərini işğaldan azad etmək məcburiyyətində qaldığını bəyan edir. Bunu bütün dünya dövlətləri birdəfəlik anlamalıdır. Ali Baş Komandan İlham Əliyev çox açıq və konkret şəkildə erməni terrorizminin arxasında dayanan güclərə xəbərdarlıq etdi, bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin daşıdığını anlatdı. Ermənilərin hiyləgərliklə və xəbisliklə hərbi təxribatlar törətməsinin yaxşı nəticələnməyəcəyini bəyan etdi. Bu gün hamı Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib, Onun əmrini gözləyir. Əmin olmaq lazımdır ki, Qarabağ ermənilərdən tezliklə azad olunacaq”.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO