Məlum olduğu kimi, sentyabrın 27-dən Ermənistan ordusunun cəbhəboyu törətdiyi təxribatlardan sonra mülki əhali arasında həlak olanların sayı 10-a, yaralıların sayı 30-a çatıb. Ölənlərin ikisi azyaşlıdır.
Rakus.az xəbər verir ki, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozaraq, dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.
Bu gün Tərtərdə düşmənin top zərbəsi ilə daha bir ev dağıdılıb. Xoşbəxtlikdən hadisə zamanı evdə heç kim olmayıb.
Daha ətraflı Baku TV-nin videosüjetində: