Hərbi 09.01.2025 15:57

Sidqi Abbasov – Nərimanlıdan şəhidliyə gedən yol - FOTO

Ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə gətirildikdən sonra Ermənistan işğalçılığına qarşı mübarizədə Azərbaycanın hərbi-iqtisadi və insan qüvvələrinin səfərbər edilməsi məqsədilə noyabrın 2-də televiziya və radio ilə xalqa müraciət edib.

O zaman Azərbaycanın minlərlə mərd oğul-qızı Ulu Öndər Heydər Əliyevin bu müraciətinə cavab verib, könüllü əsgər olmaq istəyi ilə Milli Ordu sıralarına qoşulub.

Həmin dövrdə Vətənin üzləşdiyi bəlaya biganə qalmayan qəhrəman oğullardan biri də Sidqi Səməndər oğlu Abbasov olub. O, 4 may 1969-cu ildə Qərbi Azərbaycanın Göyçə mahalında – Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub. 1986-cı ildə Nərimanlı kənd orta məktəbini bitirərək hərbi xidmətə yollanıb. Rusiyanın Arxangelsk vilayətindəki hərbi hissədə snayper – nişançı kimi iki il əsgəri vəzifəsini yerinə yetirib.

S.Abbasov əsgərlikdə olduğu illərdə Ermənistan siyasi rəhbərliyi azərbaycanlılara qarşı deportasiya siyasəti yürütməyə başlayıb. Yüz minlərlə soydaşımız kimi onun valideynləri və bacı-qardaşları da öz doğma el-obasını, ev-eşiyini tərk etmək məcburiyyətində qalıb. Sidqi Abbasovun ailə üzvləri əvvəl Bakı şəhərində, sonra isə Abşeron rayonunun Mehdiabad qəsəbəsində məskunlaşmalı olublar.

Doğulub boya-başa çatdığı kənddən əsgərliyə yola salınan S.Abbasov 1988-ci ilin sonunda xidmətini başa vuraraq birbaşa Mehdiabad qəsəbəsinə gəlib. Bir müddət sonra Bakı Metropolitenində işə düzəlib, qaçqınçılıqla üzləşən, həyatlarını təkrar sıfırdan quran, ev-eşik tikmək üçün çalışan ailəsinə dəstək olmağa başlayıb.

Şəhid Sidqi Abbasovun <span style=color:red>ANIM GÜNÜDÜR - FOTO/VİDEO

S.Abbasov 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin çağırışına səs verərək Milli Ordu sıralarına qatılmaq qərarına gəlib. Bakı Metropoliteninin o zamankı rəhbərliyinə istəyini, məqsədini çatdırıb. Metropolitenin rəisi də Sidqinin istəyini nəzərə alıb və könüllülərdən ibarət dəstə yaradanda onu da buraya cəlb edib. Qısa müddət hərbi hazırlıqdan sonra o, cəbhəyə yola salınıb. Bir çox döyüşlərdə iştirak edib, yaşayış məntəqələrimizin yağı düşməndən azad edilməsində qəhrəmanlıq və şücaət göstərib.

S.Abbasov 1994-cü il yanvar ayının 5-də Füzuli rayonunun Kürdmahmudlu kəndinin erməni qəsbkarlarından təmizlənməsi əməliyyatı zamanı düşmən gülləsinə tuş gəlib, şəhidlik zirvəsinə ucalıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən oğul-qızlarımızın uyuduğu müqəddəs Şəhidlər Xiyabanında yanvarın 9-da dəfn edilib.

(Medianews.az)

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO