Koronavirusdan qorunmaq üçün gümüşün istifadəsi ilə innovativ maska hazırlanıb.
Rakus.az xəbər verir ki, bu barədə Serbiyanın Ticarət Palatası xəbər yayıb.
Gümüş maska ən müasir nanotexnologiyalardan istifadə olunmaqla düzəldilib.
“Gümüş ionları və zeolit (mineral) ultrasəs ionlaşdırma üsulu ilə parçaya inteqrasiya olunur, nəticədə əlavə bir qoruma qatı təmin edilir”, – məlumatda bildirilib.
Serbiyalı alimlərin hazırladığı yeni ixtira oktyabr ayının ortalarında bazara çıxarılacaq.