Maraqlı 28.04.2019 09:30

BÜRCLƏR – 28 aprel

Qoç – günün ilk yarısı uğurludur. Yeni başladığınız işlərdə aktiv olun, mümkün qədər irəliləməyə çalışın. Qələbə və gəlir şanslarınız artacaq.

Enerjili olsanız, kiçik maneələrdən çəkinməsəniz, məqsədə çata bilərsiniz.

Günün ikinci yarısında əksliklərin vəhdətindən yararlanın. Ən ağır, müşkül işi asanlıqla həll etmək olar. Hisslərinizin etirafı üçün yaxşı zaman deyil.

Biliklərinizi artırın, təcrübənizi zənginləşdirin. Yarımçıq işləri başa vurmağa can atın.

Axşam saatlarında ifrat miqyaslı işlərə başlamayın.

Buğa – yaradıcılıq, innovasiyalar üçün faydalı zamandır. Maraqlarınızı təmin edəcək işlərlə məşğul olun. Problemlərin həllində yeni variantlardan istifadə edin. Kreativ olun, sınanmış metodları bütün dərdlərə çarə saymayın. Tərəfdaşlarla birlikdə yaxın gələcəyə hesablanmış perspektiv plan çərçivəsində hərəkət etsəniz, işləriniz daha yaxşı alınar.

Günün ikinci yarısında şərtlərə əməl edin. Ailə üzvlərinin istəklərini və tələblərini nəzərə alın. Daşınmaz əmlak, təmir, inşaatla bağlı işlərdə maliyyə imkanlarınızı dəqiq hesablayın.

Əkizlər – bilik və bacarıqların artırılması, təhsil səviyyəsinin yüksəldilməsi üçün əlverişli zamandır. Mühüm danışıqlar, önəmli görüşlər, ciddi məsələlərlə bağlı məsləhətləşmələr üçün günün ilk yarısı münasibdir.

Ciddi məsələlərlə bağlı diskussiyalarda emosiyalara qapılmayın.

Günün ikinci yarısında həllini tələb edən işlər arasında prioritet istiqamətləri seçin. Nüfuzlu insanlardan biri ilə təmaslardan yararlanın.

Axşam saatlarını ailə üzvlərinə həsr edin.

Xərçəng – çətin təsir bağışlayan problemlərin həllində qəfil irəliləyişlər ola bilər. Təşkilatlanmış fəaliyyət daha məntiqidir. Sistemli yanaşma və diqqətin mərkəzləşdirilməsi ilə bağlı konkret addımlar atın. İşlərinizi ciddi planlaşdırın.

Günün ikinci yarısında rəhbərliklə ciddi söhbət zamanıdır. Həmkarlarınızın maraqlarını nəzərə alın. Büdcənizi dəqiq plaşlandırın. Alış-verişdə bədxərclik etməyin. Uzunmüddətli maliyyələşdirmə məsələlərinin nəzərdən keçirilməsi üçün əlverişli zaman axşam saatlarıdır.

Şir – sizi maraqlandıran sahədə irəliləyişlə nail olmaq üçün ciddi səy göstərməyiniz gərəkdir. Strateq olun, məntiqli taktika qurun. Ani hisslərin əsiri olmayın, eyni zamanda “qlobal hədəf”lərə də aludə olmayın.

Genişmiqyaslı layihələrə başlamaq olar.

Günün ikinci yarısında şəxsi münasibətlərdə problemlər yaratmayın. Arqumentlərdən istifadə edin, əməllərinizə nəzarəti əldən verməyin. Qarşılıqlı güzəştlərə zərurət duyulur.

Axşam saatlarında normal istirahət etməyə çalışın.

Qız – başladığınız işdə diqqətli olun. Xəyallara dalaraq real imkanları əldən buraxmayın. Aktiv olun. Sizi nə isə maraqlandırarsa, əlavə və gərəkli məlumat əldə etməyə çalışın.

Günün ikinci yarısında texnoloji innovasiyalarla tanışlığa ifrat vaxt ayırmayın. Rəqibləri üstələməyə çalışın. Yeni rəğbət obyekti ola bilər.

Valideynlərinizin hörmətini saxlayın, azyaşlıları aşağılamayın. Hərdəmxəyal olmayın.

Axşam saatlarını evdən kənarda keçirmək olar.

Tərəzi – cari məsələləri həll etmək olar. Uzunmüddətli layihəni reallaşdırmaq üçün zəmin hazırlayın. Maraqlandığınız sahə və ya istiqamətdə məqsədə çatmaq üçün daha inamlı, qətiyyətli adımlar atın. Birgə işlərdə aktiv olun. Potensialınızdan yararlanın.

Günün ikinci yarısında ümumi maraq və ya məramınızın olduğu insanlarla tanış olacaqsınız. Daha təcrübəli insanın sözlərini qulaqardına vurmayın. Sayıq, huşyar olun.

Axşam saatlarında normal istirahət edin.

Əqrəb – maliyyə məsələləri ilə bağlı qayğılarınız arta bilər. İrəliyə doğru hərəkətinizi əngəlləmək istəyən insanların qarşısından geri çəkilməyn. Yaxın gələcəklə bağlı planlarınızı yaxşı tanımadığınız insanlarla bölüşməyin.

Köhnə dostlardan birinin məsləhətindən yararlanın.

Günün ikinci yarısında durumda dəyişikliklər olacaq. Ailə üzvlərindən birinin qayğıya ehtiyacı var. Onu diqqətlə dinləyin, mütləq şəkildə yardım edin. Axşam saatlarında yola çıxmaq, səyahətə yollanmaq məsləhət deyil. Rasionunuza fikir verin. Nikbin olun.

Oxatan – yetərincə uğurlu gündür. İrəliləmək istəyirsinizsə, qətiyyətli və əzmkar olun. Təcrübəniz və bilikləriniz bundan sonrakı nailiyyətlərinizin rəhni ola bilər. Əlavə məlumatlar, gərəkli informasiyanın axtarışı xüsusi aktuallıq kəsb edir.

Günün ikinci yarısında illüziyalara qapılmayın. Hadisələrə təsir rıçaqlarını gücləndirməyə davam edin. Real statusunuz peşəniz və yaşınızla bağlı nüansları nəzərə alın. Hansısa problemi həll etmək üçün təcrübənizin yetərli olmadığınızı hiss etsəniz, məsləhətlərə qulaq asın. Amma işin öhdəsindən özünüz gəlirsinizsə, başqalarının dediklərini aksiom hesab etməyin.

Oğlaq – yeknəsək işlər gözləyər. Əsas diqqəti yeni problemlərin həllinə yönəldin. Layihələriniz arasında ən çətin, effektiv və riskli olanı seçin, onunla məşğul olun. Münasibətləri təftiş etməyə başlamayın.

Günün ikinci yarısında əlavə xərclərə hazır olun. Maliyyə sərfiyyatı, fiziki və emosional cəhdlərin həcmi artacaq. Özünüzdən bədgüman olmayın.

Arxa cəbhəniz səbatlı, dayanıqlı olmalıdır. Təmkinli və soyuqqanlı olsanız, seçdiyiniz sahədə sizi uğur gözləyir.

Axşam saatlarında normal istirahət edin.

Dolça – yalnız özünüzü düşünməsəniz, uğurlu zamandır. Eyni vaxtda bir neçə sahədə tərəqqi ola bilər. Şəxsi münasibətlərdəki problemlərin həllində bir sıra alternativ variantları sınaqdan keçirin.

Günün ikinci yarısında yeni əməkdaşlığın və yaradıcı əlaqələrin yaxşı perspektivləri var.

Rəqabət təcrübənizi və imkanlarınızı artıra bilər. Hadisələrə təsir imkanlarına malik insanın yardımlarından, məsləhətlərindən yararlanın.

Balıqlar – fəaliyyət sahənizdə təkmilləşmək və irəliləmək üçün potensial var. Gündəlik qayğıların çözülməsinə yaradıcı yanaşsanız, yaxşı nəticələr əldə edəcəksiniz. Kreativlik və müstəqil təfəkkürlə bahəm, intizama meylli olun.

Günün ilk yarısında başladığınız işləri başa vurmağa çalışın.

Günün ikinci yarısında yeni işlərə başlamayın. Genişmiqyaslı fəaliyyət və ya layihə problemlər vəd edir. Həmkarlar, müştərilərlə təmaslarınız aktiv olacaq. Yazışmalarda passivlik etməyin.

Səhhətinizin qeydinə qalın. (Milli.Az)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO