Hərbi 06.10.2020 20:00

MN: “Könüllü təslim olmaq istəyən düşmən hərbi qulluqçularına və erməni əhaliyə müraciət edilib” - VİDEO

Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində üstünlüyü əlində saxlayır.
Rakus.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik leytenant Anar Eyvazov cəbhə xəttindəki vəziyyətlə bağlı bu gün keçirilən brifinqdə məlumat verib.

O bildirib ki, ordumuzun qan təminatı sahəsində də hər hansı problem yoxdur:

“Sosial şəbəkələrdə bununla bağlı yayılan qərəzli məlumatlar yersizdir. Vətəndaşlarımızdan xahiş edirik ki, Müdafiə Nazirliyinin “Qaynar xətti”ni bununla bağlı məşğul etməsinlər”.

A.Eyvazov həmçinin Müdafiə naziri Zakir Həsənovun bu gün xidməti müşavirədə ordumuza müvafiq tapşırıqlar verdiyini diqqətə çatdırıb: “Müdafiə naziri düşmən tərəfindən “İsgəndər” əməliyyat-taktiki raket komplekslərinin tətbiq olunacağı halda adekvat tədbir görüləcəyini bildirib. Nazir Azərbaycan Ordusuna arsenalındakı yüksək dəqiqlikli və böyük dağıdıcı qüvvəyə malik silah növlərini tətbiq etməklə düşmən tərəfinin hərbi-strateji infrastrukturuna böyük zərbələr endirməyi planlaşdırmağı əmr edib.

Cəbhə boyu sıxışdırılan düşmən bir neçə gündür ki, şəhərlərimizi Cermuk, Qafan və Berd rayonu ərazisindən raket atəşinə tutur. Bunlar Azərbaycan Ordusunu cavab addımları atmağa məcbur edir. Ermənistan rəhbərliyi əhalini yanlış yöndə istiqamətləndirir. Düşmən komandanlığı məğlubiyyətin qaçılmaz olduğunu dərk etsə də, sanki daha çox vətəndaşının tələf olmasını istəyir”.

Mətbuat katibi vurğulayıb ki, Azərbaycan humanitar dəhlizlərin açılması ilə bağlı erməni əhalisinə müraciət edib: “Müraciət könüllü təslim olmaq istəyən düşmənin hərbi qulluqçularına da şamil edilir. Azərbaycan Ordusu döyüş aparılan ərazilərdə beynəlxalq hüquq normalarına uyğun fəaliyyət göstərir. Hərbi qulluqçularımız münaqişədə iştirak etməyən şəxslərə yardım göstərmək qaydalarına əməl edir. Ermənistandan fərqli olaraq Azərbaycan Ordusu yalnız Ermənistan Ordusuna məxsus legitim hərbi obyektləri hədəf alır. Azərbaycan Ordusu beynəlxalq hüquq normalarına dair memorandumun prinsiplərinə tam əməl edir”.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO