Ermənilərin özləri də etiraf etdikdən sonra işğalçı qoşunların mülki insanları qəsdən hədəfə aldığına hələ də şübhə ilə yanaşanlar varmı?
Rakus.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva özünün “Twitter” səhifəsində Nikol Paşinyanın baş müşaviri Vaqarşak Arutyunyanın verdiyi açıqlamanı şərh edərkən belə bir sualla müraciət edib.
“Bu hücumlarla qəsdən mülki insanların hədəfə alındığına hələ də şübhə varmı? Xüsusilə Vaqarşak Arutyunyanın “Rossiya 1” telekanalına verdiyi müsahibədə bunun Ermənistanın strategiyası olduğunu qəbul etməsindən sonra”, – o bildirib.
Xatırladaq ki, V.Arutyunyan işğalçı ordusunun riyakarlığını sübuta yetirən açıqlamalar verib. “Rossiya 1” kanalına müsahibəsi zamanı V.Arutyunyan Azərbaycanın dinc əhalisinin bilərəkdən hədəf seçildiyini etiraf edib.