“Biz status-kvonu dəyişdik” – PA rəsmisi
“Biz status-kvonu artıq dəyişdik. Ermənistanın işğalına əsaslanan bir status-kvo var idi”.
Rakus.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Haber Global”a müsahibəsində deyib.
Onun sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı başlatdığı təcavüzə cavab olaraq həyata keçirilən tədbirlərdə hər kəs tərəfindən qeyri-məqbul hesab olunan, amma sürməkdə davam edən status-kvo artıq dəyişdi.
O deyib: “Təəssüf ki, ölkəmizə qarşı – öz haqlı savaşı olduğu təqdirdə də – yenə də təzyiqlər, fərqli fikirləri olan bir sıra dövlətlər var. Ölkəmizə qarşı təbliğat da aparılır. Ancaq biz bunların hər birinə sinə gəlməyə hazırıq. Düşünürəm ki, biz hərbçilərimizin müharibədə qan tökərək, addımbaaddım, işğaldan azad etdiyimiz ərazilərimiz və ondan sonra irəli gələn məsələlərimizi də masa arxasında eyni uğurlar davam etdirəcəyik”.