Müsahibə 29.04.2019 11:25

Millət vəkillərinin səlahiyyətləri geniş olmalıdır – Fazil Mustafa

 

Rakus.az-ın “Seçici-deputat” rubrikasının növbəti qonağı Milli Məclisin deputatı Fazil Mustafadır.

 

 – Fazil müəllim, bir deputat kimi fəaliyyətinizi necə qiymətləndirirsiniz ?

– Bu barədə mənim bir söz demeyim o qədər də yaxşı olmaz. Deputatların fəaliyyətini seçicilər qiymətləndirməlidirlər. Ancaq mən çalışıram ki, seçicilərimin etimadını doğruldum.

 

– Seçki kompaniyasında verdiyiniz vədlərə necə, əməl edə bilirsinizmi ?

-Təbii ki hər birinə əməl etmək mümkün olmur. Buna baxmayaraq, əksər vədlərimi yerinə yetirmişəm və buna çalışıram. Dediyim kimi, bizim əsas qayəmiz qazanılan etimadı doğrultmaq və qoruyub saxlamaqdir.

 

– Seçicilərin narahatlığı daha çox hansı məsələ ilə bağlıdır ?

– Muxtəlif məsələlər var. Məsələn, bəzi binalarda liftlərin yararsız halda olması ən çox səslənən narazılıqlar sırasındadır.

 

– Gənclər arasında kriminalaşma hallarının getdikcə artmasını nə ilə əlaqələndirirsiniz ?

– Bəli, əfsuslar olsun ki, belədir. Konkret səbəb göstərmək düzgün olmaz. Bir neçə amil onlara təsir göstərir. Gənclər tələskən olurlar, bəzən soyuqqanlı davrana bilmirlər. Bu isə onların gələcəyinə mənfi təsir göstərir. Gərək gənclər kriminal hadisələri təbliğ edən filmlərə az baxsınlar.

 

– Bir deputat olaraq bundan çıxış yolunu necə görürsünüz ?

– Gənclər daha çox elmə, təhsilə maraq göstərməli, asudə vaxtlarını səmərəli keçirməlidirlər. Asudə vaxtlarda idmanla məşğul olmaq, müxtəlif dərnəklərə getmək onları pis vərdişlərdən uzaqlaşdıra bilər.

 

– Sizcə, sosial şəbəkələrin valideyn-övlad münasibətinə və ailə məsələlərinə mənfi təsiri varmı?

– Umumilikdə sosial şəbəkələrin mövcudluğuna etirazım yoxdur. Hətta deyərdim ki, əgər düzgün istifadə edərlərsə, sosial şəbəkələr gənclərin xeyrinədir. Lakin əfsuslar olsun ki, bəzi hallarda insanların, xüsusilə gənclərin sosial şəbəkələrə aludəçiliyi müxtəlif problemlərə səbəb olur. Əlbəttə, əgər süfrə arxasında belə ailə üzvlərinin başı telefona qarışarsa, bu, tez və ya gec onlar arasında problemlərlə nəticələnəcək. Yadda saxlamaq lazımdır ki, sosial şəbəkələr sadəcə asudə vaxtlarda informasiya mübadiləsi etmək, sosiallaşmaq üçündür. Bu, o demək deyil ki, gənclər günlərinin böyük əksəriyyətini sosial şəbəkələrdə keçirməlidirlər.

 

– Real şəraitdə seçici-deputat münasibəti necədir və necə olmalıdır ?

– Deputatlar xalqın problemlərini həll etməyə çalışan, onların səsini üst qurumlara çatdıran şəxslərdir. Bu mənada düşünürəm ki, millət vəkillərinin səlahiyyətləri daha geniş olmalıdır ki, insanların problemləri də daha tez və yüksək səviyyədə həll olunsun.

 

– Fəaliyyətinizə nəzər salanda növbəti seçkidə də deputat olmaq istərdinizmi ?

– Bu haqda düşünmək tezdir. Hər halda əvvəlcə partiyanın razılığı olmalıdır. Yalnız bundan sonra öz namizədliyimi irəli sürə bilərəm və çalışaram ki, əvvəlki illərdə edə bilmədiklərimi indi yerinə yetirim.

Kənan Novruzov

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO