Elm və təhsil 12.10.2020 20:20

Ermənistanda döyüşçü qıtlığı – döyüşə ələngələr gedir – TƏHLİL - FOTO

Azərbaycan əsgəri Ermənistan silahlıları ilə döyüşdə həmişə qalib olub. Sentyabrın 27-dən bu qalibiyyət davam edir.

Ermənistan beynəlxalq vasitəçilərin yardımı ilə atəşkəsə nail oldu. İşğal etdikləri Azərbaycan torpaqlarından çıxıb, danışıqların şərtlərini müzakirə etməkdənsə, yeni qüvvə toplayıb, hücuma keçməyə cəhd göstərirlər.

Atəşkəs üçün canfəşanlıq edən beynəlxalq vasitəçilər Ermənistana silah-sursat və hərbi texnika göndərsə də, onlardan istifadə edəcək canlı qüvvə çatışmır. Bunu Dağlıq Qarabağda separatçı rejimin başçısı Araik Arutunyan da etiraf edib: “Vəziyyət son dərəcə ağırdır. Keçmiş döyüşçülərlə tez-tez görüşürəm”.

Onun sözlərinə görə, döyüşə Qarabağ müharibəsinin əvvəlki iştirakçıları gedir.

Bu, onu göstərir ki, Ermənistandakı ermənilər və Azərbaycanın Qarabağ bölgəsindəki erməni icmasının nümayəndələri öz gənc övladlarını, oğullarını döyüşə göndərmir, yaxud ordu sıralarından yayındırırlar. Bu yaxınlarda Ermənistandan Ukraynaya getmək istəyənlərin sayının çox olması ilə bağlı xəbər yayılmışdı. Məlumata görə, onların çoxu hərbi xidmətə yararlı yaşdadır. O da məlum oldu ki, Ukraynaya mühacirət edən ermənilərin çoxu koronavirus daşıyıcısıdır. Rəsmi Kiyev yoluxmuş insanların Ukraynaya girişinin qarşısını almaq məqsədi ilə rejimi sərtləşdirib.

Pandemiya ilə əlaqədar Ermənistandan Rusiyaya da səfər etmək mümkün deyil. Bundan başqa, Rusiyada pandemik vəziyyət son günlər daha da acınacaqlı hala düşüb. Ölkə rəsmiləri sərt tədbirlər həyata keçirməyə başlayıb. Bu isə o deməkdir ki, Ermənistan vətəndaşları belə tezliklə Rusiyaya səfər edə bilməyəcək.

Lakin gənclər hər hansı yol tapıb Ermənistanı tərk edirlər. Bu səbəbdən də Ermənistanda muzdlu terrorçular və keçmiş döyüşçülərdən istifadə etməli olurlar.

Nəzər almaq lazımdır ki, 26 ildən artıqdır döyüşlər olmur. 1994-cü ildə döyüşən gənclərin indi 50 və 50-dən yuxarı yaşı var. Bu isə o deməkdir ki, Ermənistan Qarabağa yaşı 50-ni keçən vətəndaşlarını göndərməyə məcbur olur. Onlar da ağır sosial vəziyyətə görə vəd edilən müəyyən maliyyə məbləği qarşılığında döyüşə getməklə razılaşırlar.

Elə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki keçmiş erməni döyüşçülər də bu yaşda olar. Bu baxımdan Ermənistan döyüşmək üçün canlı qüvvə sarıdan da çətinlik çəkir. Belə çıxır ki, oktyabrın 9-da qəbul edilən humanitar atəşkəsdən sonra Ermənistan silah-sursat və hərbi texnika, bir müddət sonra isə canlı qüvvə toplamaq üçün beynəlxalq vasitəçilərə müraciət edəcək.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO