Koronavirus 13.10.2020 13:22

“COVİD-19 ilə bağlı yoluxmaların artacağı istisna edilmir” – Təyyar Eyvazov

“Artıq payız-qış mövsümü başlayır və bir sıra kəskin respirator xəstəliklərin artımı gözlənilir. O ki, qaldı koronavirusa, yay aylarından bu günə qədər müşahidə edilən COVİD-19 infeksiyası ilə bağlı da yoluxmaların artacağı istisna edilmir”.

Rakus.az xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

O bildirib ki, havaların soyuması, mövsümi respirator virusların artımı və koronovirusla bağlı vəziyyətin nəzarətdə saxlanılması üçün əvvəlcədən qabaqlayıcı tədbirlər görülüb:

“Bu gün koronavirusa yoluxma ilə bağlı faktlar artıb. Biz bunu gözləyirdik. Ümumiyyətlə xəstəliklər əksər hallarda soyuq havalarda artır. Bu bir tərəfdən insanlardan asılı olmayan bir məqamdır. Birinci növbədə günəş şüalarının azlığı və açıq mühitlərdə virusları öldürməməsidir.

Havanın temperaturunun dəyişkən olması, soyuq hava şəraiti ilə bağlı insanların qapalı məkanlara toplaşması, məkanlarda pəncərələrin qapalı saxlanılması və s. səbəblər xəstəliyin yayılmasını sürətləndirir. Bununla yanaşı, soyuq havalarda yuxarı tənəffüs orqanlarında damarlar büzülür və bu da ona gətirib çıxarır ki, selikli qişaların müqaviməti azalır. Paralel olaraq davranış qaydaları, gigiyenik normalara əməl edilməməsi, ictimai yerlərdə qoruyucu vasitələrdən müvafiq qaydada istifadə olunmaması xəstəliyin daha da sürətli yayılmasına zəmin yaradır”.

Yoluxmanın artmasına səbəb olan amillər sırasında son günlər əhalinin Azərbaycan ordusunun düşmən üzərində qazandığı qələbəyə sevinərək küçələrə çıxmasını da qeyd edən T.Eyvazov insanları bu kimi məqamlarda karantin qaydalarına daha ciddi əməl etməyə səsləyib:

“Azərbaycan ordusuna dəstək məqsədilə gənclərin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qarşısına yığışması, heç bir qoruyucu maskalardan istifadə etməməsi, sosial məsafəni gözləməməsi koronavirusa yoluxmanın artmasına gətirib çıxarıb. Bu gün hökumət öz resurslarını iki istiqamətdə – koronavirusla mübarizəyə və torpaqlarımız uğrunda gedən müharibəyə ayırıb.

İnsanlar koronavirusa bir qədər laqeyd yanaşmağa başlayıblar. Maskalardan istifadə ciddi şəkildə azalıb. Dayanacaqlarda, ictimai nəqliyyat vasitələrində karantin qaydalarına əməl olunmur. Bu istər koronovirusla bağlı dalğalanma adlandırılsın, istərsə də ikinci dalğa, bütün hallarda yoluxmanın artacağı gözlənilirdi. Bunun qarşısının alınması üçün isə hansı qaydalara əməl olunmalıdır, bilirik. Bu barədə dəfələrlə maarifləndirici xarakterli məlumatlar paylaşılıb və paylaşılmağa da davam edir. Bu istiqamətdə nəzarət ciddi şəkildə gücləndirilməlidir”.

“Respublika üzrə bəzi məktəblərin distant təhsilə keçirilməsi, uşaqlar arasında yaranan sıxlığın qarşısının alınması üçündür. Uşaqlar koronavirusu simptomsuz keçirsə də, daşıyıcı kimi onlar ciddi təhlükə yarada bilər. İnfeksiyanın sürətlə yayılmasında isə onların rolu kifayət qədər çoxdur”, – baş infeksionist sonda qeyd edib.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO