Baş terrorçunun Şuşada “and içdiyi” mərkəzin əvvəlki və indiki halı - FOTO
Azərbaycanın Ermənistanla 1994-cü ildən bəri apardığı danışıqlar prosesinin pozulmasına gətirib çıxaran amillərdən biri də işğal olunmuş torpaqlarımızda qurulmuş separatçı-terrorçu rejimin başçısı Araik Arutyunyanın “andiçmə mərasimi”ni qədim Azərbaycan şəhəri Şuşada keçirməsi olmuşdu.
Rakus.az xəbər verir ki, Prezident İlham Əliyevin də müsahibələrinin birində dediyi kimi ondan əvvəl xunta rejiminin heç bir başçısı Şuşada belə tədbir keçirməmişdi. Bu cür tədbirlər onların özlərinə “paytaxt” elan etdikləri Xankəndidə baş tuturdu.
2020-ci il mayın 21-də isə tarixi Azərbaycan şəhəri Şuşada xunta rejiminin başçısının “inauqurasiya” mərasimi keçirildi. Mərasim Şuşa Mədəniyyət və Gənclik Mərkəzində baş tutdu. Qondarma “inauqurasiya”da Ermənistanın Baş naziri Nikol Paşinyan, Ermənistan Milli Məclisinin sədri Ararat Mirzoyan, vitse-spikeri Alen Simonyan, qondarma rejimin ikinci və üçüncü “qlavar”ları Arkadi Qukasyan və Bako Saakyan, həmçinin, digər şəxslər iştirak ediblər.
Azərbaycan Ordusunun sentyabrın 27-dən başlatdığı uğurlu əks-hücum əməliyyatı nəticəsində isə həmin mərkəz çox ciddi ziyan görüb. Aşağıda separatçı rejim başçısının andiçmə mərasimi keçirilən mərkəzin əvvəlki fotolarını və indiki fotosunu təqdim edirik.
Qeyd edək ki, yeni foto “RİA-Novosti” agentliyindən götürülüb.teleqraf.com