“Real” məğlub oldu
İspaniya La Liqasının 35-ci turunda daha 5 oyun keçirilib.
Rakus.az xəbər verir ki, 6-lıqda qərarlaşan komandalardan “Valensiya” evdə, “Sevilya” və “Hetafe” səfərdə məğlub olub. “Vilyarreal” – “Ueska” oyununda qalib müəyyənləşməyib. Günün son oyununda isə “Real” səfərdə autsayder “Rayo Valyekano”ya minimal hesabla uduzub.
28 aprel
“Valensiya” – “Eybar” – 0:1
Qol: Şarles, 90+3
“Jirona” – “Sevilya” – 1:0
Qol: Portu, 62
“Real Sosyedad” – “Hetafe” – 2:1
Qollar: V. Xose, 21-penalti (1:0), M. Oyarzabal, 53 (2:0), S. Saiz, 89 (2:1)
“Vilyarreal” – “Ueska” – 1:1
Qollar: P. Fornals, 30 (1:0), E. Avilya, 78 (1:1)
“Rayo Valyekano” – “Real” – 1:0
Qol: A. Embarba, 23-penalti
Xatırladaq ki, bu nəticələrdən sonra “Real” 65 xalla 3-cü pillədəki yerini qoruyur. “Kral klubu”nun uduzduğu “Rayo Valyekano”nun 31 xalı və 19-ci sırada yer alıb. 55 xala sahib “Hetafe” və “Sevilya” komandaları müvafiq olaraq, 4-5-ci yerləri bölüşdürür. 6-cı pillədəki “Valensiya”nın isə 52 xalı var. Bu tur çempionluğunu rəsmiləşdirən “Barselona” 83 xalla birinci, “Atletiko” isə 74 xalla ikincidir. (qol.az)