İdman 19.10.2020 19:34

“Hər şey vətən üçün” tədbirinə yekun vuruldu - FOTO - VİDEO

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə 16-18 oktyabr 2020-ci il tarixlərdə keçirilən “Hər şey vətən üçün” adlı tədbirə yekun vurulub.

Rakus.az xəbər verir ki, federasiyadan verilən məlumata görə, tədbirin sonuncu günündə proqrama uyğun olaraq ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına öz canlarından keçmiş şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.

Milli ordumuza dəstək və vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə süvarilər qrupunun iştirakı ilə parad təşkil olunub.

Saat 12:00-dan etibarən cıdır yarışlarına start verilib. İki yaş İngilis atlarının 1200 metr məsafəyə qaçışı ilə başlayan ilk yarışda “Arzu” AİK-in  sahibi olduğu “Hasper” ləqəbli at jokey Tahirov Raufla yarışı birinci yerdə tamamlayaraq “Murov” kubokunun qalibi olub.

İkinci qaçışda üç yaş və yuxarı Dilbaz atları 1800 metr məsafədə yarışıblar. “Xan-xan” AİK-in sahibi olduğu “Barbar” ləqəbli at jokey Hacıyev Orxanbəylə finiş xəttinə ən tez çataraq “Cəbrayıl” kubokunun sahibi olub.

Üçüncü qaçış 3 yaş İngilis atları arasında baş tutub. “Xan-Xan” AİK-in sahibi olduğu “Frankel” ləqəbli at jokey Əliyev Azərlə 1800 metlrik məsafəni ilk sırada qət edərək “Suqovuşan” kubokuna yiyələnib.

Dördüncü qaçışda 4 yaş və yuxarı İngilis atları 1800 metr məsafədə öz güclərini sınayıblar. “Omar” AİK-in sahibi olduğu “Atilla” ləqəbli at jokey Əliyev Azərlə 1-ci yerin və “Füzuli” kubokunun sahibi olub.

Nəhayət, cıdır mövsümünün son və bağlanış yarışı 1800 metr məsafəyə qaçışla 3 yaş və yuxarı Qarabağ atları arasında baş tutub. Gərgin mübarizə şəraitində keçən qaçışda Abbasov İskəndərin sahibi olduğu “Laləzar” ləqəbli at jokey Məmmədov Habillə rəqiblərini geridə qoyaraq “Qarabağ” kubokunun qalibi olub.

Qaliblərə diplomlar və kuboklar təqdim olunub.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO