Koronavirus 22.10.2020 14:00

TƏBİB: “714 yoluxma bizim üçün də yeni rəqəmdir”

“Biz bilirdik ki, payız-qış aylarında virusa yoluxma sayında artım gözlənilir. Lakin 714 yoluxma bizim üçün də yeni rəqəmdir. Sağalanların sayı 176 nəfərdir. Havalar hələ çox soyumadığı üçün insanlar da bizimlə razılaşar ki, mövcud artım dinamikasını bununla əlaqələndirə bilmərik. Deməli burada başqa məqamlar var. Sentyabr ayında yoluxmaların sayının azalması insanları bir qədər rahatlaşdırdı. Artıq yenidən həyəcanlı məqamlar yaşayırıq”.

Rakus.az xəbər verir ki, bu barədə AzTV-nin “Hədəf” proqramında qonaq olan TƏBİB-in departament rəhbəri Yaqut Qarayeva məlumat verib.

O bildirib ki, qarşıda bizi daha soyuq havalar gözləyir və hər kəs ehtiyatlı davranmalıdır, sağlamlığının qeydinə qalmaq üçün məsuliyyətli olmalıdır:

“Yanvar ayının sonlarından operativ qərargah xüsusi planlar hazırlayıb və bəzi rayonlarda modul tipli xəstəxanalar tikilib. Lakin hazırkı vəziyyətlə əlaqədar bir çox şey dəyişib və son hadisələrlə bağlı biz çarpayı fondumuzun bir hissəsini bəlli istiqamətdə istifadə edirik. Bu gün biz maraqlıyıq ki, tibb işçilərimiz də qüvvətli olsunlar, hərbçilərimizə kömək etsinlər. Bir çox bölgə xəstəxanalarımızda tibb işçiləri arasında da yoluxmalar artır. Onların xəstəliyə yoluxmaması bizim üçün önəmlidir.

Bu gün tibb bacıları yaralı hərbçilərimizə ana qayğısını əvəz edəcək qədər diqqətlə baxırlar, onların qulluğunda dururlar. Təəssüf ki, xəstəlik, virus insanın peşəsinə baxmır, tibb işçilərimiz də virusa yoluxa bilir. Hazırda bizdə əsas problem ağır xəstələr, yaşlılar, xroniki xəstəliyi olanlarla bağlıdır. Çünki onlara adi stasionar çarpayı yox, intensiv-terapiya çarpayısına ehtiyac var. Bu, o deməkdir ki, həmin xəstə azı iki həftə orada müalicə olunur. Yəni, bir intensiv-terapiya çarpayısından iki həftə ərzində yeni xəstə istifadə edə bilməyəcək. Bu, ciddi problemdir”.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO