Ermənistanın raket hücumu nəticəsində Bərdədə ölənlərin sayı 4-ə yüksəlib.
Rakus.az xəbər verir ki, bu barədə Bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” səhifədində məlumat paylaşıb.
H.Hacıyev bildirib ki, mülki insanlara qarşı ayrı-seçkiliksiz və hədəfli hücum davam edir.
18:15
Ermənistanın müharibə cinayətləri davam edir.
Bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında məlumat paylaşıb.
“Ermənistanın Bərdə şəhərinə raket hücumu nəticəsində 3 mülki şəxs ölüb, uşaq və qadın da daxil olmaqla 10 nəfər ağır yaralanıb. # Ermənistanın müharibə cinayətləri davam edir. Bu gün Ermənistan Müdafiə Nazirliyi sərt şəkildə hücum edəcəklərinə dair açıqlama vermişdi. Bununla onlar mülki şəxsləri, uşaqları və qadınları nəzərdə tuturdular”, – deyə paylaşımda bildirilir.