Sosial 30.04.2019 12:59

Qəbiristanlıqlarımız ASCE-yə üzv ola bilər - FOTO

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov V Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Avropada Əlamətdar Qəbiristanlıqlar Assosiasiyasının (The Association of Significant Cemeteries in Europe – ASCE) prezidenti Lidiya Pliberşeklə görüşüb.

Rakus.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, qonağı səmimiyyətlə salamlayan Dövlət Xidmətinin rəisi Zakir Sultanov ölkəmizin mədəni irsi, tarixi abidələri haqqında məlumat verib. Bildirib ki, Azərbaycanda mədəni irsin qorunması, bərpası və təbliği məsələləri daim diqqət mərkəzində saxlanılır. Zəngin mədəni irsə sahib olan Azərbaycanda qəbiristanlıqların, xiyabanların qorunmasına da xüsusi diqqət yetirilir. Bildirib ki, Fəxri xiyaban, Şəhidlər xiyabanı, Quba Soyqırımı Memorial Kompleksi, qədim Türk-İslam qəbiristanlıqları, alman qəbiristanlıqları və digər bu kimi məkanlar xüsusi diqqətlə qorunur.

Lidiya Pliberşek Qobustan Milli Tarix-Bədii Qoruğu, Fəxri xiyaban və Şəhidlər xiyabanında olduğunu qeyd edib. Bildirib ki, burada gördükləri onda ölkəmiz haqqında böyük maraq doğurub. Sloveniyanın Maribor şəhərində yerləşən və müharibə qurbanlarına həsr olunan Dobrava Memorial Park Kompleksi ərazisində Xocalı soyqırımının qurbanlarına həsr olunan xatirə lövhəsinin qurulmasını xatırladan qonaq Azərbaycanla bu sahədə daha sıx əməkdaşlıqda maraqlı olduqlarını ifadə edib.

Rəhbəri olduğu təşkilat haqqında məlumat verərək deyib ki, Avropada Əlamətdar Qəbiristanlıqlar Assosiasiyası tarixi və ya bədii əhəmiyyətə malik qəbiristanlıqlara qayğı göstərən dövlət və özəl təşkilatlardan ibarət Avropa şəbəkəsidir. Qlobal xarakterli qeyri-kommersiya təşkilatı olan ASCE-nin əsas məqsədi Avropa qəbiristanlıqlarının insanlığın mədəni irsinin əsas hissəsi kimi təbliğ etməkdir. 2001-ci ildə yaradılan ASCE bu gün 22 ölkədə 180-dən çox əhəmiyyətli qəbiristanlıqları özündə birləşdirir.

Lidiya Pliberşek Azərbaycanın Avropada Əlamətdar Qəbiristanlıqlar Assosiasiyası və Avropa Qəbiristanlıqları Marşrutuna üzv olması məqsədilə Əlamətdar Qəbiristanlıq və ya tarixi məkanların müəyyənləşdirilməsi istiqamətində əməkdaşlığın inkişafında maraqlı olduqlarını dilə gətirib. Azərbaycanda mövcud olan bir neçə qəbiristanlıq və tarixi əhəmiyyət daşıyan məkanların bu quruma üzv olmasının önəmli olduğunu vurğulayıb.

Görüşdə bu istiqamətdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Zakir Sultanov ölkəmizin bu qurumla əlaqələrin inkişafında maraqlı olduğunu və bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Xatırladaq ki, qonaq ölkəmizə səfər çərçivəsində Şamaxı, Quba və Qəbələdə bir sıra tarixi məkanları ziyarət edəcək.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO