Təhlil 30.10.2020 19:00

Prezidentin fərmanı – Qarabağda başlayan quruculuq işləri – TƏHLİL - FOTO

Azərbaycan dövləti torpaqları işğaldan azad edir. Azərbaycan əsgərinin ayağı dəyən torpaqların sakinləri də yaxın zamanda öz yurd-yuvalarına qayıdacaq. Ərazilərdə Azərbaycan hakimiyyəti də bərpa olunur. Bu məqsədlə Prezident İlham Əliyev oktyabrın 29-da fərman verib. Həmin sənədlər barədə qısa məlumatı diqqətinizə çatdırırıq.

Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmana əsasən, inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılır. Komendantlıq Azərbaycan hakimiyyətinin yerli qurumu olaraq fəaliyyət göstərəcək. İşğaldan azad edilmiş rayonlarda yerli idarəetmə onlara məxsusdur. Fərmana uyğun olaraq, həmin ərazilərdə dövlətin bütün strukturlarının bərpası nəzərdə tutulub.

İlham Əliyev

İlham Əliyev

Sənəddə müvəqqəti komendantlıqların fəaliyyət göstərdikləri ərazilərdəki vəzifələri açıqlanıb. Onlar mühüm əhəmiyyətli obyektlərin, o cümlədən nəqliyyat və telekommunikasiya infrastrukturu obyektlərinin, enerji və su təchizatı sistemlərinin, su anbarlarının, insanlar və ətraf mühit üçün yüksək təhlükə mənbəyi olan xüsusi obyektlərin, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasını, aşkar edilən hərbi texnikanın, silahın, döyüş sursatının, zəhərləyici və partlayıcı maddələrin toplanmasını, inventarlaşdırmanı, kənd təsərrüfatı texnikası istisna olmaqla, digər mülki təyinatlı texnikanın, nəqliyyat vasitələrinin inventarlaşdırılmasını, saxlanılmasını, aşkar edilmiş sənədlərin uçotunun aparılmasını və sonrakı təhlil üçün mühafizəsini, hərbi vəziyyət rejiminin təmin olunması üçün “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər tədbirlərin həyata keçirilməsini təşkil edirlər. Müvəqqəti komendantlıqlar aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə vəzifələrini yerinə yetirirlər. İşğaldan azad olunmuş ərazilərdə hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların nəzdində dövlət orqanlarının (qurumlarının) nümayəndələrinin daxil olduğu əməliyyat qərargahları yaradılıb. Fərmana əsasən, əməliyyat qərargahına aşağıdakı qurumlar daxil edilib: Dövlət Təhlükəsizliyi Xidməti, Fövqəladə Hallar Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Maliyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Mədəniyyət Nazirliyi, Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik, yerli icra hakimiyyəti orqanları.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində fəaliyyət göstərən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına təxirəsalınmaz tibbi yardım göstərilməsi və digər səhiyyə xidmətlərinin təşkil edilməsi də nəzərdə tutulub. Sənədə əsasən, bu işlər Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birlikdə həyata keçiriləcək. Bundan başqa, işğaldan azad olunmuş ərazilərdə zəruri rabitə şəbəkəsinin qurulması, dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının rabitə ilə təmin olunması nəzərdə tutulub. “Azərkosmos” ASC isə həmin ərazilərin peyk təsvirlərini, digər geoinformasiya məlumatlarını və müxtəlif məzmunlu təhlilləri müvafiq dövlət orqanlarının (qurumlarının) sorğuları əsasında onlara təqdim etməlidir. İşğaldan azad olunmuş ərazilərdə kommunal infrastruktur da qurulacaq. “Azərişıq” və “Azərsu” ASC-lər, eləcə də Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi işğaldan azad olunmuş ərazilərdə dövlət orqanlarının (qurumlarının) normal fəaliyyəti üçün müvafiq binaların elektrik enerjisi, su və təbii qaz ilə təminatını həyata keçirəcəklər. Eyni zamanda işğaldan azad edilən ərazilər əkinçilik üçün də yararlı torpaqlardır. Bu məqsədlə həmin ərazilərdə kənd təsərrüfatı üçün yararlı torpaqların müəyyənləşdirilməsi, kənd təsərrüfatı texnikası və istehsal vasitələrinin, kənd təsərrüfatı heyvanlarının uçotunun aparılması, saxlanılması və mühafizəsi, fitosanitar və epizootik vəziyyətin ilkin qiymətləndirilməsi nəzərdə tutulub.

Bu fərman əsasən Azərbaycan işğal edilmiş ərazilərdə suveren hüquqlarını bərpa edir. Komendantlıq sakinlər yurdlarına qayıtması üçün bütün hazırlıq işlərini həyata keçirəcək. 1994-cü ildə əldə edilmiş atəşkəs razılaşmasından sonra ilk qayıdış 2016-cı ilin aprel döyüşləri nəticəsində Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi işğaldan azad edildikdən sonra başladı. Bu, ilk qayıdış idi. Hərbi strateji əhəmiyyətə malik olan Lələtəpə 1994-cü il fevralın 11-12-də qızğın döyüşlər gedən ərazilərdən biri olub. Bu ərazinin azadlığı digər torpaqların da ermənilərdən təmizlənməsi üçün təkan verdi. İndi o yerlərə həyat qayıdıb.

Azərbaycan ordusu işğal altında olan digər torpaqları da düşmənin tapdağından xilas edir. Prezidentin fərmanı həmin ərazilərə həyatın qayıdışından xəbər verir. Fərman Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının təsdiqlənməsi baxımından mühüm sənəddir. Bu həm də Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və həmin ərazilərdə suveren hüquqlarının bərpasının dünyaya bəyan edilməsi deməkdir. Fərmandan da göründüyü kimi, işğaldan təmizlənən ərazilərdə görüləcək çox işlər var. Ermənistan Azərbaycan torpaqlarını işğal etdikdən sonra oradakı yaşayış evlərini və hökumət binalarını da dağıdıb. 30 il ərzində ermənilər həmin ərazilərdə yalnız hərbi obyektlər – istehkamlar, səngərlər, kazarmalar tikiblər. Odur ki, sənədə uyğun olaraq, işğaldan azad edilən torpaqlarda genişmiqyaslı tikinti işlərinin görüləcəyi nəzərdə tutulur. Prezidentin fərmanları torpaqların əsl sahibinin kim olduğunu dünyaya bir daha sübut edir. Dövlət başçısı imzaladığı fərmanla işğaldan qurtulan Qarabağda quruculuq işlərinin başladığını bəyan edib.

Sədrəddin Soltan – “Report” 

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO