Mətbuat 30.10.2020 16:13

Report Media Məktəbinin növbəti qrupunun təlim proqramı yekunlaşdı - FOTO

Rakus.az xəbər verir ki, agentlikdə xəbər, müsahibə, reportaj, araşdırma yazıları, videosüjet, fotoreportaj hazırlayan, jurnalistika peşəsinin sirlərini öyrənən, monitorinq və sorğulara qoşulan 8 jurnalistə sertifikat təqdim edilib.

“Report” İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev proqramın iştirakçıları ilə görüşdə bildirib ki, Media Məktəbinin bu buraxılışı bir qədər həssas vaxta düşüb: “Bu, əslində, əlavə bir imkandır. Ekstremal şəraitdə işləmək hər bir jurnalistə lazımdır. Ümid edirəm, bu 2 ayda baza biliklərini mənimsəyə bilmisiniz. Bundan sonrakı mərhələdə gərək öz üzərinizdə çalışasınız. “Report”un da qapıları üzünüzə hər zaman açıqdır. Koronavirus dövrü olduğundan, karantin qaydalarına əməl edərək bir-bir gəlib praktik bacarığı artırmaq olar. Vakansiya açıldıqca, hər hansı sahəyə ehtiyac duyulduqca, Report Media Məktəbinin tələbələrini işə cəlb edirik”.

Media Məktəbinin koordinatoru İsmayıl Rafiqoğlu hərbi vəziyyətin tədris prosesinə ciddi təsir etdiyini qeyd edib: “Media Məktəbin bir üzvü hazırda cəbhədə düşmənlə döyüşür. Ümid edirik ki, sağ-salamat geri dönüb sertifikatını ala biləcək. Bu tədris dövründə proqramı tam mənimsədik. Böyük efir təcrübəsi olan Valeh Dadaşovla, təcrübəli jurnalist Əsgər Əlioğlu, rəqəmsal marketinq üzrə mütəxəssis Günay Cəfərli ilə maraqlı ğörüşlərimiz oldu. Videosorğu, fotoreportaj hazırladıq, monitorinq və müsahibələr keçirdik. İmitasiya xarakterli mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyanı da küncə sıxışdırdıq. Dağlıq Qarabağ uğrunda gedən döyüşləri həyəcanla izləyərək informasiya müharibəsinin iştirakçısına çevrildik”.

Report Media Məktəbi 2018-ci ilin iyun ayında fəaliyyətə başlayıb. Media Məktəbinin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə çatdırmaq, jurnalistika peşəsinə həvəs duyan və bu sahə üzrə işləmək istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə praktik bilik və bacarığın artırılmasını təmin etməkdir.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO