Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc sakinlərinə qarşı fosforlu mərmilərdən istifadəsi ilə bağlı paylaşım edib.
Rakus.az xəbər verir ki, o yazıb:
“Ermənistan Azərbaycanın Tərtər rayonunun dinc sakinlərinə qarşı fosforlu mərmilərdən istifadə etməyə davam edir. Partlamamış fosfor mərmisi ANAMA tərəfindən zərərsizləşdirilib”.