Mətbuat 05.11.2020 19:48

“Newsweek”: “Ermənistanla Azərbaycan arasında şiddətlənən qarşıdurma dini mahiyyət daşımır”

Newsweek” nəşrində Dağlıq Qarabağdakı son hadisələrlə bağlı məqalə dərc edilib.

Rakus.az xəbər verir ki, məqalədə Azərbaycanın müsəlman, yəhudi və xristian dini liderləri dünyaya müraciət edərək, ölkəmizin tolerantlıq, çoxetiqadlılıq və multikulturalizm nümunəsi olduğunu bəyan ediblər:

“Ölkəmizin yəhudi, xristian pravoslav və müsəlman icmalarından olan dini liderlər kimi, beynəlxalq mediada “xristianların təhlükə altında olduğu” ilə bağlı yazılanlara görə, danışmağımızın vaxtı gəldi. Biz fərqli inanclara sahib ola bilərik, amma hamımız bir xalqıq – azərbaycanlıyıq”.

Məqalədə vurğulanıb ki, Ermənistanla Azərbaycan arasında şiddətlənən qarşıdurma dini mahiyyət daşımır.

“Aşkenazi yəhudi icması, dağ yəhudi icması, katoliklər, pravoslavlar, Azərbaycanın müsəlman, yəhudi və xristian dini liderləri dünyaya müraciət edirlər. Azərbaycan tolerantlıq, çox etiqadlılıq, multikulturalizm nümunəsidir”.

Məqalədə qeyd olunub ki, 30 ildən çox müddətdə – 1988-94-cü illərdə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı ilə nəticələnən münaqişə zamanı – 300 mindən çox azərbaycanlı Ermənistandan didərgin düşüb. İşğal altında olan Dağlıq Qarabağ və ətraf ərazilərdən qovulanların sayı isə 700 mindən çoxdur. Bu gün Qarabağda yalnız erməni kilsələri açıqdır. Digər ibadət yerlərinin ya təyinatı dəyişdirilib, ya da dağıdılıb, zədələnib. Azərbaycanın şəhər və qəsəbələrində isə kilsələr, sinaqoqlar, məscidlər ibadət üçün açıqdır.

Diqqətə çatdırılıb ki, Azərbaycanın bu gün təklif etdiyi Dağlıq Qarabağda yaşayanların oranı tərketməsi deyil, əksinə, bir vaxtlar özlərinin qovduqları insanların geri qayıtmasıdır. Ölkəmiz orada fərqli din, mədəniyyət, etnik mənsubiyyətə malik, sülh şəraitində yaşamaq istəyənlər üçün Azərbaycanın qanuni sərhədləri daxilində muxtariyyət şansı verir. Təklif olunan bir geridönüşdür.

Bundan əlavə, məqalədə ermənilərin Gəncədə dinc əhalini hədəf almasından da söz açılıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO