Sosial 07.11.2020 12:04

“Erkən nigahla mübarizə” kitabçası çap edilib

“Milli Düşüncə Milli- Mənəvi Dəyərlərin Təbliği” İctimai Birliyi bu adda kitabça çap edib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Erkən nigahla mübarizə istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi əsasında “Milli Düşüncə Milli- Mənəvi Dəyərlərin Təbliği” İctimai Birliyinin çap etdiyi “Erkən nigahla mübarizə” adlı kitabça sosial problem kimi hazırda nəinki dünyada, o cümlədən, ölkəmizdə aktuallıq kəsb edən  erkən yaşda nigaha “yox” demək üçün  maarifləndirmə işinin gücləndirilməsinə böyük töhfədir.

Adından da göründüyü kimi, İctimai Birlik  milli-mənəvi dəyərlərin təbliğini, onların qorunmasını və inkişaf etdirilməsini əsas hədəf kimi qarşıya qoyub.  Bu fakt inkaredilməzdir ki, hər bir xalqı dünyada tanıdan onun mədəniyyəti, elmi və milli-mənəvi dəyərləridir. Tarixin hər bir dövründə ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunması və onun gələcək nəsillərə çatdırılması aktual olub. Milli-mənəvi dəyərlər sistemində  ailənin rolu daim yüksək qiymətləndirilir, ona ülvi və müqəddəs dəyərlərin tərənnümçüsü kimi baxılır, milli genefondun saflığının qorunmasında ailəyə böyük önəm verilir. Ölkəmizdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyəti də bunun bariz nümunəsidir.

Kitabçanın “Ön söz”ündə bu kimi məqamlar geniş şəkildə oxucu auditoriyasına çatdırılır. Qeyd edilir ki, ölkənin inkişaf səviyyəsini, sosial-iqtisadi vəziyyəti, təhsili, insan hüquqlarının inkişafını və digər məsələləri ozündə əks etdirən erkən nigahla bağlı ayrı-ayrı dövlətlər, təşkilatlar öz narahatlıqlarını ifadə edir, ailə institutunun, insan hüquqlarının müdafiəsi istiqamətində həm yerli, həm də beynəlxalq səviyyədə müzakirələr aparır, qanunlar qəbul edirlər. Əsas çağırış bu yönümdə bütün ölkələrin səylərini daha da artırması, insanlığa yaraşmayan belə halların qarşısını almaq üçün  imkanların birləşdirilməsidir.

Kitabçada erkən nigahların yaranmasında gender bərabərsizliyindən, erkən evliliklə mübarizə sahəsində həyata keçirilən Strategiyalardan, dünyada və Azərbaycanda  belə halları doğuran səbəblərdən və qarşısının  alınması yollarından,  problemin  həllini hüquqi, iqtisadi, təhsil, maarifləndirmə  və sair kimi istiqamətlərdə  aparmaqla  məqbul nəticələr əldə etməyin mümkünlüyündən,  respublika üzrə qırmızı, narıncı və sarı xəttə daxil olan bölgələrdən, eyni zamanda,  belə nigahların fəsadlarından  bəhs olunur, tövsiyələr diqqətə çatdırılır. Bildirilir ki, “Ailə cəmiyyətin təməlidir” prinsipindən çıxış edərək, həmçinin ailənin kiçik dövlət olaraq düzgün formalaşdırılmasının hər bir ölkənin inkişafında rolunu nəzərə alaraq kiçik yaşda evliliklərin  qarşısının alınması, ailənin şüurlu ata və analar tərəfindən yaradılması, uşaqların qorunması təmin edilməlidir.  Tədqiqatlar göstərir ki,  qızların təhsil səviyyəsi  artdıqca  erkən nigahların  mövcudluq  faizi azalır. Bu reallıq da xüsusi qeyd olunur ki, ölkəmizdə qadınların xoşbəxt yaşamaları, həyatda fəal mövqe tutmaları üçün hər cür şərait yaradılıb. Dövlətimiz  öz layiqli, sosial-mənəvi inkişafını təmin edən, həyat strategiyasını gerçəkləşdirməyi bacaran, fəal, güclü ailələrin formalaşması üçün çalışır. Bu istiqamətdə mütəmadi olaraq cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin ailə həyatına hazırlığı, sağlam həyat tərzinin təbliği istiqamətində ardıcıl işlər görülür.  Erkən nigahın ailə zorakılığının ən ağır formalarından biri olduğu təbliğ edilir.

Bu günümüzün əsas çağırışlarından biri cəmiyyətin inkişafına öz mənfi təsirini göstərən erkən nigahların qarşısını almağa dəstək olmaqdır. Hər bir məsələnin həllində maarifləndirmə işinin yüksək səviyyədə qurulması əsas amil kimi önə çəkilir. Düşünürük ki, “Milli Düşüncə Milli- Mənəvi Dəyərlərin Təbliği” İctimai Birliyinin çap etdiyi “Erkən nigahla mübarizə” adlı   kitabça  ictimaiyyət arasında güclü təbliğat və maarifləndirmə işlərinə öz töhfəsini verəcək. Məqsəd erkən nigahın qanun pozuntusu olmaqla yanaşı, həm də insan psixologiyasına təhlükə yaratdığını və böyük fəsadlara yol açdığını aşılamaqdır.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS