Hərbi 07.11.2020 14:08

“Mübariz” postunun alınmasında iştirak edən xüsusi təyinatlımız - VİDEO

“Azərbaycan əsgəri olmaq bir addım öndə olmaq deməkdir”.

Rakus.az xəbər verir ki, bunu Report-a açıqlamasında Vətən Müharibəsi qazisi, xüsusi təyinatlı hərbçimiz Elmar İbrahimov deyib.

Onun sözlərinə görə, illərdir işğal altında olan torpaqlarımızın geri qaytarılması üçün gecə-gündüz hazırlaşıb, təlimlər keçiblər:

“Nəhayət, o gün gəldi. Tapşırıq verildi ki, alınmalıdır!”

Qazinin atası Sücaət İbrahimov bildirib ki, uşaqlıqdan Elmar məktəbdə və idmanda uğurlar əldə edib, hər zaman onunla fəxr edib.

İşğal altında olan torpaqlarımızın azad olunması yolunda igidliklə vuruşan oğullarımız şanlı tarix yazır. Canları, qanları ilə. Analar oğullarını Vətənə qurban verir. Bu ailənin də iki şəhidi var. Valideynlər oğullarının şəhid olması, yaxud yaralanmasına yox, səngər yoldaşlarından tez ayrılmalarına heyifsilənirlər.

Xatırladaq ki, Elmar İbrahimov 1997-ci ildə Lənkəran rayonunun Darquba kəndində dünyaya gəlib. Yeniyetməlik yaşlarından idmanla məşğul olan Elmar bir sıra respublika yarışlarının qalibi olub.

Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olub. 2014-2017-ci illərdə Rusiya Federasiyasında keçirilən Qaydasız döyüş idman növü üzrə Avropa 3-sü olub. Peşəkar idmanla məşğul olan Elmar III kursda təhsilini yarıda qoyub ordu sıralarına gedib.

Goranboy rayonundakı N saylı hərbi hissənin kəşfiyyat bölüyündə xidmət edib. Xidmətini başa vurandan az sonra yenidən müddətdən artıq hərbi xidmətə yazılıb. Çətin sınaqlardan keçərək xüsusi təyinatlılar taboruna qəbul olunub. Erməni hərbi birləşmələrinin ölkəmizə qarşı hərbi təcavüzünə qarşı başlanan əks hücum əməliyyatlarında fəal iştirak edib.

Murovdağ zirvəsinə üçrəngli bayrağımızı taxan taborun qəhrəmanlarından biri olub. Ardınca “Qisas” postu, “Mübariz” postu, Suqovuşan və daha 20 erməni postunun alınmasında iştirak edib.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO