Ordumuzun işğaldan azad etdiyi torpaqlardan geri çəkilən ermənilər çıxdıqları yerlərdə tələlər qururlar.
Rakus.az xəbər verir ki, əsgərlərimiz bu barədə video çəkərək paylaşıblar. Belə ki, tərk etdikləri bir qapalı məkana qumbara qoyan, onun alışdırıcısını isə iplə qapıya bağlayan ermənilərin məqsədi qapı açılarkən qumbaranın partlaması və bununla da əsgərlərimizə xətər yetirmək olub.
Amma qəhrəman hərbçilərimizin sayıqlığı nəticəsində onların bu xain və məkrli planı ifşa olunub.
Ehtiyatlı davranan əsgərlərimiz qumbaranı zərərsizləşdiriblər.
Həmin görüntüləri təqdim edirik: