Füzulidə beynəlxalq media mənsublarının gözü qarşısında ermənilərin Azərbaycan ərazilərinə atdığı ağ fosfor mərmiləri zərərsizləşdirilib.
Rakus.az xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb.
Prezidentin köməkçisi vurğulayıb ki, ağ fosfor bombalarının istifadəsi qadağandır.