İqtisadi 01.05.2019 15:53

ONLAYN biznes krediti verildi

Unibank tezliklə korporativ müştərilər üçün paket xidmətini təqdim edəcək. Burda əsas məqsəd bir və ya digər paketdə xidmət seçərkən müxtəlif kateqoriyalı müştərilərin ehtiyaclarını maksimum nəzərə almaqdır.

Rakus.az xəbər verir ki, bu haqda “Unibank” KB-nın Korporativ biznes üzrə Baş inzibatçısı Tural Hüseynov bildirib. Tural Hüseynov bankın biznes kreditləri ilə bağlı 1-ci rübdə əldə etdiyi nəticələrdən də danışıb.

– 2019-cu ilin ilk rübünün nəticələri artıq məlumdur. İlin birinci rübü üçün “Unibank”ın korporativ istiqamətdə maliyyə nəticələrini necə qiymətləndirirsiniz?

-Digər sahələrdə olduğu kimi biznes kreditləri istiqamətində də satış və gəlirin müsbət dinamikası bizi sevindirir. Ötən ilin birinci rübünə nisbətən bu ilin ilk rübündə KOS kreditlərinin satış həcmi 40% artaraq, devalvasiya dövrünə qədərki satış səviyyəsinə çatıb. Bununla yanaşı kredit portfeli də 50% artıb. Tranzaksiya biznesinin həcmləri də böyüməkdə davam edir. Beləliklə, ötən ilə nisbətdə hesablaşma-kassa əməliyyatlarından gəlir artımı 10% təşkil edib, aktiv müştərilərin sayı 30% artıb və əmək haqqı kartlarının sayı təxminən 50% çoxalıb.

– Bu artımın səbəbini nədə görürsünüz?

-Əvvəla qeyd etmək lazımdır ki, ümumiyyətlə bütün bazar genişlənməkdədir. Lakin biz bazarda olan orta artım tempindən qabaqdayıq və bu çox vacib göstəricidir. Bazarın böyüməsinin səbəbi isə dövlətin apardığı iqtisadi islahatların dərinləşməsində və ölkəmizdəki makroiqtisadi sabitlikdədir. Ancaq qeyd etdiyim kimi, hədəfimiz bazarın orta artım tempini aşmaqdır. Biz bu nəticəyə xüsusilə öz xidmət səviyyəmizin yaxşılaşdırılması və “rəqəmsal biznes” strategiyası çərçivəsində məhsul xəttimizin genişləndirilməsi vasitəsi ilə nail oluruq.

– “Rəqəmsal biznes” strategiyasından danışdınız, zəhmət olmasa, bu haqda bir qədər geniş məlumat verin.

– 2018-ci ilin əvvəlində bankımız növbəti üç il üçün strateji inkişaf planını qəbul edib. Bu planda əsas bəndlərdən biri, bəlkə də bizim üçün ən vacibi, biznesin rəqəmsallaşdırılması strategiyası idi. Bank sektorunda rəqəmsal xidmət kanallarına keçid artıq bir tendensiya deyil, gerçəklikdir. Manatın devalvasiyasından əvvəl, KOS ilə işləyən zaman banklar kreditləşməni əsas götürürdü və kreditə ehtiyacı olan müştərilər mövcud rəqəmsal xidmətlərlə kifayətlənməli olurdu. Bu gün vəziyyət fərqlidir və müştəriləri banka yalnız kreditlər vasitəsilə bağlamaq daha çətindir. Ona görə rəqəmsal kanalların və məhsulların inkişafı bizim üstünlüyümüzə çevrildi. Bizim İnternet Bankımız (İB) bu gün xidmət mərkəzində tamhüquqlu bir satış kanalına çevrilib. Əgər əvvəllər Unibank müştəriləri İB-dən yalnız hesablarının idarə edilməsi məqsədi ilə istifadə edirdilərsə, bu gün onlar İB vasitəsilə bizdən kredit ala bilirlər. Bundan əlavə, bütün proses İB-də baş verir və müştərinin bank filialına gəlməsinə ehtiyac yoxdur.

– Unibank Azərbaycanda ilk dəfə olaraq korporativ müştərilərinə onlayn kredit xidmətləri təqdim etdi. Sistem necə işləyir?

-Doğrudur, bu, bizim bazarda innovativ bir məhsuldur. Bir qayda olaraq, bura 60-90 günədək qısamüddətli kreditlər daxildir. Kreditin məbləği 100 000 AZN-ə qədər təşkil edir, lakin daha böyük fərdi limit də mümkündür. 6 aydan çox bizimlə əməkdaşlıq edən hər bir müştərimiz üçün müəyyən kredit limiti hesablanır. Bu limitin miqdarı bir çox amillərə – hesabdakı dövriyyəyə, əmək haqqı layihəsindəki işə, ekvayrinq üzrə əməkdaşlığa, kredit tarixçəsinə və s. bağlıdır. Müştəri özünə aid olan məbləği İB-də ayrıca bir sütunda görür və istənilən vaxt o məbləğdən istifadə edə bilir. Bunu etmək üçün o, sadəcə müraciət göndərir, Asan İmza vasitəsilə müqavilələri imzalayır və bank kreditin verilməsini təsdiq etdikdən sonra, müştəri cari hesabına pulu qəbul edir. Bütün proses orta hesabla 15-20 dəqiqə çəkir. Bu, müştərilərimiz üçün çox rahatdır. Onların müraciətinin təhlili prosesini keçmək, banka öz kredit qabiliyyətini sübut etmək, təminatın rəsmiləşdirməsinə ehtiyac yoxdur. İş adamları üçün vaxt – puldur, müştərilər bunu qiymətləndirir.

Bu il onlayn kreditləşmənin daha da inkişafına xüsusi diqqət yetirəcəyik. Tezliklə müştərilər İB vasitəsilə həm də böyük məbləğdə kredit xətlərindən istifadə edə biləcəklər.

– Müştərilərinizə başqa hansı rəqəmsal həllər təklif edirsiniz?

-Bizdə onlayn hesab açma funksiyası var. Müştəri bankın internet səhifəsi ilə hesab açmaq üçün müraciət edə bilər, lazımi sənədləri göndərir və hesab nömrəsini alır. Doğrusu, qanuna əsasən hesabı aktivləşdirmək üçün hələ də müştərinin və ya səlahiyyətli nümayəndənin bir dəfə bank filialına şəxsən yaxınlaşması lazımdır.

Böyük şirkətlər üçün biz OPEN APİ sistemini təklif edirik. Bu, müştərilərə məlumat və xidmətləri real vaxtda almaq və bankla vahid rəqəmsal platforma vasitəsilə maliyyə hesablarını idarə etmək imkanı verir.

Fərdi sahibkarlar smartfonlar üçün olan “Unibank Mobile Business” tətbiqini istifadə edirlər və bununla onlar təchizatçılara ani ödənişlər edə, vergi və kommunal xidmətləri ödəyə bilərlər.

– Yaxın gələcəkdə daha hansı xidmətləri təqdim etməyi planlaşdırırsınız?

-Biz daim məsafəli xidmətlər sistemini təkmilləşdiririk. İnternet Bankda avtorizasiya üçün mobil tətbiq yaratmaq üzərində işlər aparılır. Ödəniş sistemi təkmilləşdirilir. Məsələn, ilin ikinci rübündə müştərilərimiz maaşları İB-də işçilərin kartlarına vəsaitin ani köçürülməsi funksiyası ilə ödəmək imkanı əldə edəcəklər.

Tezliklə biz korporativ müştərilər üçün paket xidmətini təqdim edəcəyik. Onun üzərində uzun müddətdir ki, işləyirdik. Burda əsas məqsəd bir və ya digər paketdə xidmət seçərkən müxtəlif kateqoriyalı müştərilərin ehtiyaclarını maksimum nəzərə almaqdır. MDB ölkələrində bank sektorunda paket xidmət sistemi geniş yayılıb, lakin bizdə bu sistem hələ məşhur deyil. Ona görə də məhsulun paketə düzgün yığılması bizim üçün çox vacibdir, çünki məhsula tələbat ondan asılı olacaq.

Nəhayət, dövlətin genişmiqyaslı vergi islahatlarını qeyd etmək vacibdir. Bu islahatlar banklar üçün yeni imkanlar yaradır. Bu il bankın əsas işlərindən biri fərdi sahibkarlar üçün “bulud texnologiyalı”mühasibat xidmətlərini tətbiq etməkdir ki, bu da müştərilərimizin həyatını asanlaşdıracaq və onların mühasibat uçotu xərclərini azaldacaq. (Trend)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO