Pakistan jurnalistləri Mətbuat Şurasında oldular - FOTO
Mayın 1-də Pakistan jurnalistlərindən ibarət nümayəndə heyəti Azərbaycan Mətbuat Şurasında olub.
Rakus.az xəbər verir ki, qonaqlara ölkəmizdə söz və ifadə azadlığı sahəsindəki vəziyyət, Mətbuat Şurasının fəaliyyət istiqamətləri barədə məlumat verilib.
Görüşdə, eyni zamanda, Pakistan və Azərbaycan arasında müxtəlif sahələrdəki əməkdaşlıq məsələlərinə nəzər salınıb. Bildirilib ki, yüksək səviyyəli bu əməkdaşlığın media sahəsində də olması vacibdir. Bu xüsusda Azərbaycan Mətbuat Şurası ilə Bütün Pakistan Qəzetləri Cəmiyyəti arasında anlaşma memorandumunun işlənib hazırlanması barədə razılığa gəlinib. Belə bir sənədin qarşılıqlı jurnalist səfərlərinin həyata keçirilməsi, eləcə də Azərbaycanın və Pakistanın media orqanları arasında fərdi münasibətlərin yaranması, informasiya mübadiləsinin etibarlı mühitinin formalaşması baxımından əhəmiyyətli baza rolunu oynayacağına inam ifadə edilib.