Mətbuat 27.11.2020 13:49

Qafqaz Jurnalistləri Şəbəkəsi yaradılır

Azərbaycanın ədalətli və haqlı mövqeyini dəstəkləyən dünya jurnalistlərini bir araya gətirmək üçün yeni şəbəkə yaradılacaq.

Rakus.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat vyayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin və “Timberwolf Phoenix” media şirkətinin təşkilatçılığı ilə “Ərazi bütövlüyü beynəlxalq hüququn bir hissəsi kimi: Azərbaycan nümunəsi” mövzusunda videokonfrans təşkil olunub.

Dövlət Komitəsinin rəsmi əməkdaşlarının, “Timberwolf Phoenix” media şirkətinin prezidenti Ben Minik və vitse-prezidenti İrina Tsukermanın iştirak etdiyi videokonfransda müxtəlif ölkələrdə yaşayan 40-a yaxın jurnalist, siyasi ekspertlər və digər şəxslər iştirak ediblər. Məqsəd Azərbaycanın ədalətli və haqlı mövqeyini dəstəkləyən dünya jurnalistlərini bir araya gətirmək və Qafqaz Jurnalistləri Şəbəkəsini yaratmaqdan ibarətdir.

İrina Tsukerman və Ben Minik “Timberwolf Phoenix”in missiyası və fəaliyyəti, Azərbaycan və Ermənistan arasında müharibə zamanı “Republic-Underground” xəbər saytındakı məqalələrin baxış sayının 65 milyona çatması, eləcə də onlayn konfransın məqsədi barədə ətraflı məlumat veriblər.

Sonra öz fəaliyyətləri barədə təqdimatla çıxış edən hər bir jurnalist tədbirin əhəmiyyətinə diqqəti cəlb edib və Azərbaycanın ərazi bütövlüyünü tanıyan jurnalistlər şəbəkəsinin yaradılmasının önəmindən danışıblar.

Tədbir Ermənistanın Azərbaycana qarşı təcavüzünün kökləri, tarixi və hazırda siyasi meydanda baş verən hadisələrə həsr olunmuş videoçarxın nümayiş olunması ilə davam edib.

Müzakirələr zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli razılaşmanın təfərrüatları, ABŞ-ın yeni prezidentinin bu məsələyə münasibəti, Avropa təşkilatlarının rəsmi sənədlərinin işlək mexanizmlərə malik olmaması, Azərbaycanın ərazi bütövlüyünün bərpasının nəticəsi, azərbaycanlıların ermənilərlə gələcəkdə yanaşı yaşaması, münaqişənin həllindən sonra Cənubi Qafqaz regionundakı ölkələrin iqtisadi əhəmiyyəti və perspektivləri barədə fikirlər səsləndirilib, birtərəfli, qərəzli yanaşmaya qarşı mübarizə aparmaq məqsədilə jurnalistlərin bir platforma ətrafında birləşməsinin vacibliyi vurğulanıb.

Sonda tədbir iştirakçıları Qafqaz Jurnalistləri Şəbəkəsinin yaradılması təklifini razılıqla qarşılayıblar.

“Qafqaz Jurnalistləri Şəbəkəsi”nin əsas məqsədi Azərbaycanın haqlı mövqeyini dəstəkləyən jurnalistləri bir araya gətirmək, Azərbaycan həqiqətlərinin nüfuzlu media vasitələrilə dünyaya çatdırılmasına nail olmaq, jurnalistlərin istinad edə biləcəyi obyektiv xəbərlər və məqalələr bazasını formalaşdırmaq, tanınmış xarici jurnalistlərlə sıx əməkdaşlıq əlaqələri yaratmaqdan ibarətdir.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO