Koronavirus 01.12.2020 10:22

Baş infeksionist: “Koronavirusla bağlı vəziyyət pisləşir”

“Ölkəmizdə mövcud vəziyyət ondan ibarətdir ki, yoluxma hallarının sayında artım tendensiyası davam etməkdədir. Görülən tədbirlərin effektivliyi əhalinin nə dərəcədə qaydalara əməl etməsindən çox asılıdır”.

Rakus.az xəbər verir ki, bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, insanların xəstələnərkən müraciət etməmələri və özlərini təcrid etməmələri kimi faktorlar vəziyyəti bir qədər də pisləşdirir:

“Özünümüalicə bir tərəfdən xəstənin vəziyyətinin ağırlaşmasına, fəsadlaşmaya yol açır, digər tərəfdən isə infeksiyanın yayılmasına gətirib çıxarır. Mövsümlə əlaqədar olaraq kəskin respirator virus infeksiyalarının sayında artım bu məsələni bir qədər də çətinləşdirir. Çünki bu infeksiyaların ilkin klinik əlamətləri yeni koronavirus infeksiyasının əlamətləri ilə oxşarlıq təşkil edir. Bunları bir-birindən ayırmaq çətindir, bunu yalnız həkim-mütəxəssis etməlidir.

Yəni əgər şəxs xəstəliyin ilk günlərində yaranmış yüngül əlamətlərə bir o qədər də fikir verməyərək, bunun adi soyuqdəymə olduğunu düşünür, özünü təcrid etmədiyi üçün infeksiyanı ətrafına yayır”.

“Buna görə də özündə hərarət, əzginlik, zəiflik, kataral əlamətlər və sair hiss edən şəxs mütləq poliklinikaya müraciət etməlidir. Yəni ilk gündən ən azı həkim nəzarətində olmalıdır. Bununla yanaşı, özünü evdə qalarkən təcrid etməli, maska geyinməli və digər ailə üzvlərinin də buna riayət etmələrinə nail olmalıdır.

Hər bir kəs özünü qorumalıdır. Qoruyucu qaydalara ciddi və düzgün əməl etməklə yanaşı, öz gündəlik işlərini elə qurmalıdır ki, lüzumsuz təmaslar olmasın”, – baş infeksionist qeyd edib.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO