“Nokia” bazarlara indiyə qədər istehsalı ilə məşğul olmadığı cihaz təqdim edəcək.
Rakus.az xəbər verir ki, bu barədə məşhur insayder Mukul Şarma xəbər verib.
O, “Twitter”də Hindistanın “Bureau of Indian Standards” tənzimləyicisinin səhifəsinin ekran görüntüsünü yayımlayıb.
Siyahıda bir neçə cihaz modeli göstərilib: NKi510UL85S, NKi510UL82S, NKi510UL810S, NKi510UL165S, NKi510UL1610S, NKi310UL82S, NKi310UL85S, NKi310UL42S və NKi310UL41S.
İstehsalçı ölkə kimi isə Çin göstərilib.
O, sözügedən cihazın “leptop, noutbuk və planşetlər” kateqoriyasında olduğunu deyib. Bununla belə, Şarma “Nokia”nın məhz portativ fərdi kompüter buraxacağını düşünür.