skip to Main Content
Dünya 25.01.2021 18:00

İlon Mask 100 milyon dollar mükafat vəd verdi

“Tesla Inc” şirkətinin rəhbəri, milyarder-sahibkar İlon Mask öz “Twitter” səhifəsində yazıb ki, karbon qazı tullantılarının tutulması üçün ən yaxşı texnologiya yaradan şəxsə 100 milyon dollar mükafat verəcək.

Rakus.az xəbər verir ki, Mask bundan əvvəl də dəfələrlə alimlərə müraciət edərək qlobal istiləşmə probleminin aradan qaldırılması üçün havadakı karbonun tutulması yolu ilə texnologiyalar tapmağa çağırıb.
Qlobal istiləşməyə səbəb olan tullantıların tutulması iqlim dəyişmələrinə nəzarət üzrə planların çoxunun mühüm tərkib hissəsidir, lakin indiyə qədər bu texnologiyada çox cüzi irəliləyiş olub və əsas səylər karbonun havadan kənarlaşdırılması üzərində deyil, tullantıların azaldılması üzərində cəmləşib. Beynəlxalq Energetika Agentliyi keçən ilin sonunda bəyan edib ki, tullantıların sıfıra endirilməsinə nail olmaq üçün karbonun tutulması texnologiyalarının tətbiq edilməsi zəruridir.

Maskı ilk dəfə məşhurlaşdıran onun internet ödənişlər üzrə “PayPal Holdings Inc.” şirkətini yaratması və onu satması olub. Hazırda o, “SpaceX” şirkətinin təsisçisi, sahiblərindən biri, Baş direktoru və baş mühəndisi, “Tesla” şirkətinin Baş direktoru və əsas ideya müəllifidir. Özünün yaxın qohumları tərəfindən təsis edilmiş “SolarCity” şirkəti “Tesla” ilə birləşənə qədər Mask “SolarCity”-nin direktorlar şurasının üzvü olmuş Mask indi “Tesla” şirkəti ilə yanaşı, insan beyninin kompüterlərə qoşulması üçün yüksək buraxıcılıq qabiliyyətinə malik olan “beyin-maşın” interfeyslərinin yaradılması ilə məşğul olan “Neuralink” şirkətinə rəhbərlik edir.
Onu da qeyd edək ki, ABŞ Prezidenti Co Bayden iqlim dəyişmələrinə qarşı mübarizə üzrə özünün geniş planı çərçivəsində karbonun tutulması texnologiyalarının işlənib hazırlanmasını sürətləndirəcəyini vəd edib.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO
Back To Top
×Close search
Axtar