Sosial 02.05.2019 19:09

Bilak Cocuq Mərcanlıya səfər etdi - FOTO

 

Daxili Köçürülmə üzrə Monitorinq Mərkəzinin ölkəmizdə səfərdə olan direktoru Aleksandra Bilak başçılıq etdiyi nümayəndə heyəti ilə birgə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində olub.

Rakus.az xəbər verir ki, Uzun müddət Ermənistanın işğalçı qüvvələrinin nəzarəti altında qalan, 2016-cı ilin aprel ayında Azərbaycan ordusunun uğurlu əks-həmlə əməliyyatı nəticəsində azad edilən kənddə Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilmiş bərpa-quruculuq işləri barədə qonaqlara ətraflı məlumat verən Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov bildirib ki, respublikamızın müxtəlif yerlərində müvəqqəti məskunlaşmış sakinlər artıq öz ata-baba yurdlarına qayıdaraq burada təhlükəsiz şəraitdə yaşayırlar. Cocuq Mərcanlıya qayıdış işğal altındakı digər ərazilərin də tezliklə işğaldan azad ediləcəyinə və “Böyük Qayıdış”ın başlanacağına ümid və inam yaradıb.

Cəbrayıl Rayonunun İcra Hakimiyyətinin başçısı Kamal Həsənov qonaqlarla görüşdə kəndə qayıtmış əhalinin sosial-iqtisadi vəziyyəti, məşğulluğunun təmin edilməsi üçün həyata keçirilən tədbirlər barədə söz açıb. Qeyd edilib ki, burada iş yerlərinin yaradılması məqsədilə yerli və xarici təşkilatlar tərəfindən layihələr həyata keçirilir.

Daha sonra qonaqlar Cocuq Mərcanlı sakini Oqtay Həziyevin evində olublar. O qeyd edib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hələ 1994-cü ildə aparılan uğurlu Horadiz əməliyyatından sonra Cocuq Mərcanlı kəndi işğaldan azad edilsə də, kənd işğalçı qüvvələrin yaxın məsafədəki mövqelərindən daim atəşə tutulurdu. Aprel döyüşləri nəticəsində təcavüzkarlar geri çəkilməyə məcbur edildilər. Hazırda müasir üslubda bərpa olunan kənddə rahat yaşayış üçün hər cür şərait yaradılıb.

Qonaqlar Cocuq Mərcanlıda inşa edilmiş Şuşa məscidinin bənzəri olan məscidə və digər infrastruktur obyektlərinə baş çəkib, yerli icma nümayəndələri ilə görüşüblər. Səfərdə Daxili Köçürülmə üzrə Monitorinq Mərkəzinin direktorunun köməkçisi Hacen Məhəmmədi, Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov, onun müşaviri Seymur Mərdəliyev və başqaları iştirak ediblər.

Daxili Köçürülmə üzrə Monitorinq Mərkəzinin direktoru Aleksandra Bilak Cocuq Mərcanlıda aparılan işləri yüksək qiymətləndirib, azərbaycanlı məcburi köçkünlərin məruz qaldığı humanitar faciənin dünya ictimaiyyətinə çatdırılması üçün mühüm tədbirlər görülməsinin vacibliyini qeyd edib, səfərin təşkilinə görə təşəkkürünü bildirib.

 

 

 

XƏBƏR LENTİ
İdman / 15.10.2023 23:17
“Çəmbərək” qalib gəlib, 1-ci tur başa çatıb
İdman / 15.10.2023 20:30
“Göyçə” inamlı qələbə qazanıb - FOTO - VİDEO
İdman / 15.10.2023 11:58
Bu gün “Qərbi Azərbaycan” “Göyçə”ni” Çəmbərək” isə “Qaraqoyunlu”nu sınağa çəkir
İdman / 14.10.2023 22:09
Bakıda Ənənəvi Futbol Turnirinin açılış mərasimi olub - FOTO
Maraqlı, Sosial / 13.10.2023 20:00
“Ermənilər evimizi partlatdılar, 4 yaşlı öğlum qucağımda öldü” - VİDEO
Elm və təhsil / 13.10.2023 17:06
“Ulu babalarım İrəvandan qovulub” – Sərdar Ünsal ilə tarixi görüş
İdman / 13.10.2023 14:33
Sabah Futbol Turnirinin açılışı və ilk turun oyunları keçiriləcək
Sosial / 13.10.2023 13:57
“Kəndimizi görüb ölmək istəyirəm” – Şəhid anasının həyat hekayəsi – ANONS - VİDEO
Dünya, Təhlil / 12.10.2023 19:55
Ermənistanda 100 min azərbaycanlı üçün yeni evlər tikilir - FOTO - VİDEO
Təhlil / 12.10.2023 17:14
Ermənistan niyə sülh istəmir – TƏHLİL - FOTO
Siyasi / 12.10.2023 13:50
Ermənistanda təşviş: “100 min azərbaycanlı qayıdır” – ANONS
İdman / 12.10.2023 12:22
Turnirə hazırlıq görüşü: “Ardanış” – “Göyçə”- 9:7 - FOTO
Gündəm / 11.10.2023 19:52
Böyük Ermənistan” xülyasının məhv etdiyi talelər”
Gündəm / 11.10.2023 13:35
1918-1948-1988-ci illərin acı deportasiya tarixi – ANONS - VİDEO
Müsahibə, Video müsahibə / 11.10.2023 12:16
“Əgər İrəvanda qazıntılar aparılsa, oradan yalnız Azərbaycan izləri çıxacaq” – MÜSAHİBƏ - FOTO - VİDEO
İdman / 11.10.2023 10:23
Turnirə hazırlıq görüşü: “Çəmbərək” – “Loru-Borçalı”- 4:4 - FOTO
Hadisə / 10.10.2023 20:01
Ermənistandakı Azərbaycan qəbiristanlıqlarının taleyi - VİDEO
İdman / 10.10.2023 12:30
Şəhid jurnalistlərin xatirəsinə 2-ci Ənənəvi Futbol Turniri başlayır - FOTO
Müsahibə / 09.10.2023 20:20
“Oğuz xanın məzarı Göyçə gölü ətrafındadır”-MÜSAHİBƏ - FOTO - VİDEO
Elm və təhsil / 08.10.2023 21:35
Azərbaycan məktəblərində Qərbi Azərbaycan tarixi tədris olunurmu? - FOTO - VİDEO
Sosial / 07.10.2023 20:05
Gorusun ən böyük azərbaycanlı kəndi Şurnux - FOTO - VİDEO
Gündəm, Sosial / 06.10.2023 20:01
“Vətənə qayıdanda quruyan bulaqlardan su təzədən gələcək” - FOTO - VİDEO
Dünya, Təhlil / 06.10.2023 16:57
Makronun batan Fransası – böyük dövlətlərin çöküşü – TƏHLİL
Dünya, Təhlil / 06.10.2023 16:05
Səudiyyə Ərəbistanı-İran – baş vermiş olaylara nümunələr – TƏHLİL
Hadisə, Sosial / 06.10.2023 13:19
“Qaçaqaç zamanı itimi açıb buraxdım” – Aydın Əliyevin “Həyat Hekayəsi”- ANONS
Elm və təhsil / 06.10.2023 13:07
Nərgiz Məhəmmədi 2023-cü il üzrə Nobel Sülh mükafatına layiq görülüb - FOTO