Siyasi 02.05.2019 19:39

BŞİH Milli Şurasının mitinqinə icazə vermədi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Demokratik Qüvvələrin Milli Şurasının (DQMS) mayın 5-də və 11-də Bakıda “Məhsul” stadionunda mitinq keçirməsinə icazə verməyib.

Rakus.az xəbər verir ki, bu barədə DQMŞ-nin Koordinasiya Mərkəzinin üzvü İlham Hüseyn bildirib.

Onun sözlərinə görə, meriya 19 yanvar mitinqində qanun pozuntularına istinad edərək, aksiya keçirilməsini “məqsədəuyğun” görməyib.

O deyib ki, aksiyanın “Siyasi məhbuslara azadlıq!”, “Talana yox!” şüarları altında, ölkədən qanunsuz çıxarılmış pul vəsaitlərinin qaytarılması tələbi ilə keçirilməsi planlaşdırılırdı.

Hakimiyyətin imtinasını şərh edən Hüseyn bunu hakimiyyət daxilində anlaşılmazlığın, bəyan edilən islahatların uğursuzluğunun göstəricisi adlandırıb.

“Hakimiyyət artıq 8-ci dəfədir müxalifətin mitinq keçirməsinə icazə vermir. Bu, Avropa Şurası qarşısında toplaşmaq azadlığının təmin edilməsi öhdəliklərinin pozulması deməkdir. Əlbəttə, biz məhkəməyə müraciət edəcəyik, məsələ ədalətli həllini tapmasa işi Strasburq Məhkəməsinə qədər aparacağıq”,- İ.Hüseyn bildirib.

Bakı şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının fevralın 23-də, martın 2-də, aprelin 6-da, aprelin 20-də, Müsavat Partiyasının martın 10-da və aprelin 7-də keçirmək istədiyi aksiyalara razılıq verməyib.

Bu il Milli Şura yalnız yanvarın 19-da Bakıda mitinq keçirib.

Mitinqdə “Azadlıq!” “İstefa!” “Mehman Hüseynov və siyasi məhbuslara azadlıq!” şüarları səsləndirilmiş, “Bu vətən bizimdir!” “Siyasi məhbuslara azadlıq!” “Mehman Hüseynova azadlıq!” “Biz qalib gələcəyik!” və başqa şüarlar qaldırılmışdı. İştirakçılar həmçinin Mehman Hüseynov və digər siyasi məhbusların portretlərini qaldırıb.

Aksiyada daha geniş meydanlara, o cümlədən “Azadlıq” meydanına yürüş üçün çağırışlar edilib. (Amerikanın səsi)

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO