Depressiyadan xilas olmağın yolları – MƏSLƏHƏT
Hər bir şəxs həyatında az bir müddət belə olsa depressiyaya düşüb. Alimlər insanın ruhi vəziyyətinin yediyi qidalarla birbaşa əlaqəsi olduğunu sübuta yetiriblər.
İnsanın ruh halına müsbət təsir edən qidaların bəzilərini təqdim edirik.
Qarpız
B6 vitamini ilə zəngin olan bu meyvə yuxunu normallaşdırır.
Alma
Zəngin antioksidant tərkibli bu meyvə beyin funksiyalarına müsbət təsir göstərir.
Omeqa-3 yağ turşuları
Bu yağ turşuları ilə çox zəngin olan balıq, pərpətöyün, qoz depressiya ilə savaşmağa yardım edir.
Bal
Bal xöşbəxtlik hormonu olan serotoninin sintezini həyata keçirən triptofanla zəngindir.
D vitamini
Bu vitaminin çatışmazlığı insanın həddən artıq yorulmasına, zehni inkişafın geriləməsinə səbəb olur.
Depressiyadan qurtulmaq üçün sadəcə qidalanma yetərli deyil. Eyni zamanda idmanla məşğul olmaq, təmiz havada gəzmək lazımdır.