DİM: Dövlət qulluğu vəzifələri üzrə müsahibədə 220 nəfər uğur qazanıb
Ümumilikdə 46 dövlət orqanında 379 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 5-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.
Rakus.az xəbər verir ki, DİM-in dekabrın 5-i saat 12:05-ə olan göstəricilərinə əsasən, müsahibədə 220 nəfər uğur qazanıb.
Onlardan 124-ü Təhsil Nazirliyində, 17-si Maliyyə Nazirliyində, 16-sı Bakı şəhəri Yasamal Rayon Məhkəməsində, 12-si Dövlət Statistika Komitəsində, 8-i Sumqayıt Kommersiya Məhkəməsində, 7-si Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, 7-si Milli Arxiv İdarəsində, 3-ü Əqli Mülkiyyət Agentliyində, yerdə qalanlar isə digər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Xatırladaq ki, müsahibədə iştirak üçün 5304 nəfər sənəd verib. Müsahibə 2021-ci il yanvarın 29-da başa çatacaq.