Ruhun şad olsun, şəhidim! – Kənan Hacı - FOTO
İsmayılzadə Vüsal Əlibəndə oğlu
17 Oktyabr 2001-ci il Bakıda, Buzovna kəndində doğulub, orda böyüyüb, boya-başa çatıb.
2007-2018 ci ildə 322 saylı tam orta məktəbdə təhsil alıb.
2019-cu il oktyabr ayının 23-də hərbi xidmətə çağırılıb.
Rakus.az xəbər verir ki, onun qəhrəmanlığı barədə şair, yazıçı, esseist, tərcüməçi Kənan Hacı sosial şəbəkədə paylaşım edib:
“Hərbi xidmətdə olduğu müddətdə zabit və əsgər yoldaşlarının rəğbətini qazanıb. O, çox vətənpərvər və dostlarını çox sevən biri olub.
2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Vüsal və əsgər yoldaşları hərbi hissədən döyüş cəbhəsinə yollanırlar. Füzuli, Cəbrayil və Zəngilan rayonlarının azad olunmasında iştirak edir.
Daha sonra Füzuli rayonunda əsgərə ehtiyac olduğu uçun ora yollanırlar və burada, oktyabrın 22-də əsgər yoldaşları ilə raket atəşinə tutulurlar. Butun əsgərlər yaralanır, Vüsal da böyründən zədə alır.
Yaralıları aparmağa maşın gəlir. Vüsal özü yaralı ola-ola yaralıları maşına mindirməyə kömək edir. Əsgər yoldaşlarından bir neçəsinə yer olmadığı üçün, təkidlərə baxmayaraq dostlarını yaralı vəziyyətdə qoyub getmir. Dostlarının yanında qalıb növbəti maşını gözləyir. Yaralı olduğu üçün həddən artıq qan itirir və hərbi hospitala çatdırılarkən Şəhidlik zirvəsinə ucalır.
Vüsal İsmayilzadə Buzovna kəndində Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Allah bütün şəhidlərə rəhmər eləsin. Amin!”