Mətbuat 03.05.2019 03:57

“Yəhudiləri Holokostdan xilas edən müsəlman” – MƏQALƏ

“Israel heute” (İsrail bu gün) internet nəşrində “Yəhudiləri Holokostdan xilas edən müsəlman” adlı məqalə dərc olunub.

Rakus.az xəbər verir ki, məqalədə İranın Parisdəki səfirliyində çalışmış Abdul-Huseyn Sərdari Qacarın minlərlə İran yəhudisini ölüm düşərgələrindən xilas etməsindən bəhs olunur. Bildirilir ki, Sərdari Qacar İranda təxminən 200 il hakimiyyətdə olmuş Qacarlar sülaləsinə mənsub idi və İkinci dünya müharibəsində Parisdə İran səfirliyində konsul vəzifəsində çalışırdı. 1940-cı ildə almanlar Parisə daxil olanda Fransadakı iranlı yəhudilərin taleyi 26 yaşlı azərbaycanlı diplomata həvalə edilir. Nasistlər və onların fransız əlaltıları bu ölkədəki minlərlə yəhudini Polşadakı ölüm düşərgələrinə göndərdikləri zaman Sərdari Qacar başqa addım atır. Həmin dövrdə nasistlər bütün fransız yəhudilərdən polisdə qeydiyyatdan keçməyi və sarı David ulduzu daşımağı tələb edirdilər. Sərdari Qacar Vişi hökumətinə məktubla müraciət edərək, iranlı yəhudilərin tamamilə İran mədəniyyəti ilə qaynayıb-qarışdıqlarını əsas gətirərək, onları təqibdən xilas edir. Fransada 75 mindən çox yəhudi nasist düşərgələrinə göndərildiyi halda, S.Qacarın sayəsində İran mənşəli yəhudilər siyahıya alınmır, onun İran hökumətinin razılığı olmadan böyük cəsarət göstərərək minlərlə yəhdiyə verdiyi İran pasportu ilə çox sayda insan Fransanı tərk edə bilir.

Məqalədə qeyd edilir ki, Sərdari Qacarın yəhudilər üçün etdikləri yəhudi və Azərbaycan xalqlarının minillərdən bəri dinc birgəyaşayışının ifadəsi idi. Bu addımı ilə o, bəşəri dəyərlər və xalqların ortaq xüsusiyyətlərinin əhəmiyyətinin din və etnik mənsubiyyəti kölgədə buraxdığı dövrləri xatırladır.

Müəllif, həmçinin yazır ki, Sərdari Qacar yəhudilərlə daim harmoniya içərisində yaşayan azərbaycanlılar arasında böyüyüb və insan həyatının müqəddəsliyinə hörmətlə yanaşmaq tərbiyəsi alıb. Ağır bir zəmanədə bu müqəddəs dəyəri qorumağa cəsarət göstərən S.Qacarın bu addımı Holokostla bağlı hamının öyrənməli olduğu bir həyat dərsidir.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO