DÇ-2022-nin püşkü atıldı, Azərbaycan A qrupunda yer aldı
Bu gün Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə püşkü atılıb.
Rakus.az xəbər verir ki, Azərbaycan millisinin də rəqibləri bu onlayn püşkatma mərasimindən sonra bilinib. Komandamız beş komandalı qrupa düşüb.
Millimiz UEFA Milllətlər Liqasında qalib gələ bilmədiyi Lüksemburqla yenə bir qrupa düşüb. Komandamız ilk dəfə İrlandiya ilə qarşılaşacaq.
A qrupu – Portuqaliya, Serbiya, İrlandiya, Lüksemburq, Azərbaycan
B qrupu – İspaniya, İsveç, Yunanıstan, Gürcüstan, Kosovo
C qrupu – İtaliya, İsveçrə, Şimali İrlandiya, Bolqarıstan, Litva
D qrupu – Fransa, Ukrayna, Finlandiya, Bosniya və Herseqovina, Qazaxıstan
E qrupu – Belçika, Uels, Çexiya, Belarus, Estoniya
F qrupu – Danimarka, Avstriya, Şotlandiya, İsrail, Farer Adaları, Moldova
G qrupu – Hollandiya, Türkiyə, Norveç, Monteneqro, Latviya, Cəbəllütariq
H qrupu – Xorvatiya, Slovakiya, Rusiya, Sloveniya, Kipr, Malta
I qrupu – İngiltərə, Polşa, Macarıstan, Albaniya, Andorra, San Marino
J qrupu – Almaniya, Rumıniya, İslandiya, Şimali Makedoniya, Ermənistan, Lixtenşteyn.
Xatırladaq ki, martda seçmə mərhələyə start veriləcək.